Yuxarı

İçərişəhərdə tarixi bina ilə bağlı mühüm addım

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İçərişəhərdə tarixi bina ilə bağlı mühüm addım

İçərişəhərdə daha bir bina təmir olunacaq.

Kult.az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan"a İçərişəhər Dövlət Tarix – Memarlıq Qoruğundan məlumat verilib.

Xəbərdə bildirilir ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində Böyük Qala küçəsi 53 nömrəli ünvanda yerləşən binanın təmiri işlərinə başlanılacaq. Qoruqdan bildiriblər ki, bununla bağlı tender də elan olunub. Tender iştirakçılarına təklif edilib ki, dövlət satınalmalarının https://etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürməlidirlər. Müqavilənin icra müddəti 2019-cu ilin dekabrın 20-nə kimidir. İddiaçılar tenderdə iştirak üçün lazımi sənədləri dekabrın 2-ə saat 16:00-a, tender təklifi və bank təminatı sənədlərini isə dekabrın 10-a saat 16:00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 11 dekabr 2019-cu il saat 16:00-da açılacaq.

Tarix
2019.11.09 / 21:42
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla