Yuxarı

Nəsimi islam dininə qarşı olub? - Akademik

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, beynəlxalq konfransın təşkilatçıları akademiyanın Tarix, Şərqşünaslıq, Elm Tarixi institutları və Şəki Şəhər İcra Hakimiyyətidir.

Konfransın əvvəlində Şəki Dövlət Regional Kollecin müəllim və tələbələrinin Nəsiminin şeirləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Konfransı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq iştirakçıları salamlayıb. O, respublikamızda və xarici ölkələrdə Nəsimi yaradıcılığına həsr edilmiş tədbirlərin keçirildiyini bildirib.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, sovet dönəmində Nəsiminin guya islam əleyhinə olduğu bildirilirdi. Əslində isə o, dini elmin, maarifin inkişafına yol açmağa çağırır, xurafata və cəhalətə qarşı çıxış edirdi. O, dində islahatlar tərəfdarı idi. Dində islahatlar keçirmək təşəbbüsü Avropaya nisbətən Şərqdə daha tez başlamışdı. Sadəcə orta əsrlər Şərqində islahat ideyaları baş tutmadı. Avropada isə Lüterçilik, Münserçilik, Kalvinizm inkişafa geniş yol açdı.

Yaqub Mahmudov bildirib ki, dahi bəstəkarımız Firəngiz Əlizadənin “Nəsimi” passionu böyük şairimizin sönməz həyat eşqinin, haqq-ədalət uğrunda mübarizəsinin dünyaya tanıdılmasında mühüm rol oynayıb.

Daha sonra konfransda türkiyəli alimlər - Türk Tarix Qurumunun sədri, professor Rəfiq Turan “Mədəniyyətdə böhran, ayaqda qalan şəxsiyyətlər və İmadəddin Nəsimi”, Qazi Universitetinin professoru Selma Yel “Azərbaycan-Türkiyə ortaq türk mədəniyyəti və İmadəddin Nəsimi” və Hacı Bayramvəli Universitetinin professoru Fatma Turan “Nəsiminin şeirlərində Həzrəti Məhəmməd və Əhli-beyt sevgisi” mövzularında çıxışlar ediblər. Bildirilib ki, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESCO səviyyəsində qeyd edilib, Bakıda şairin heykəli ucaldılıb, haqqında bədii film çəkilib.

2017-ci ildə isə Nəsiminin vəfatının 600 illiyi UNESCO səviyyəsində qeyd olunub. Konfrans çərçivəsində türkiyəli professorlar Rəfiq Turan və Selma Yelə Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.

Elmi konfransın bölmə iclaslarında “Azərbaycan dövlətçiliyində hürufilik hərəkatının yeri”, “İmadəddin Nəsimi və hürufiliyə dair bəzi məqamlar ərəbdilli qaynaqlarda”, “Nəsimi düşüncəsində insan məfhumu” və digər mövzularda məruzələr dinlənilib.

Tarix
2019.11.30 / 23:22
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla