Yuxarı

İlin rəngindən necə istifadə etmək lazımdır? - Detallar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlin rəngindən necə istifadə etmək lazımdır? - Detallar

Türkiyənin elektron ticarət brendi Morhipo komandası bu ilin favorit rəngi olan klassik mavinin istifadəsi ilə bağlı bir sıra detalları açıqlayıb.

Kult.az xəbər verir ki, komandanın araşdırmasına görə, bu rəngdən il ərzində təkcə qarderobda deyil, həmçinin dekorasiya, kosmetika və aksesuarlara qədər bir çox yerlərdə faydalanmaq mümkündür:

“Güclü ton olan kobalt və ya krallıq mavisi bu rənglə qeyri-adi luklar(dəstlər) yaradaraq fərqli görünmək mümkündür. Bundan əlavə, yaşıl, qəhvəyi, krem, ağ və ya digər torpaq tonları ilə mavini dəstləşdirmək olar.

Cizgili naxışlar, parça şalvarlar və babetlərlə küçə stilinizi yaza hazırlaya bilərsiniz. Qara rəngdən imtina edə bilməyənlər də klassik mavi ilə qaranı bir araya gətirə bilər. Başdan-ayağa masmavi geyinmək isə krallıq stili seçimi ola bilər. Bu zaman mütləq mavinin müxtəlif tonlarından ibarət luklar yaradın”.

Makyajda mavidən istifadə edərkən isə mavinin soyuq və pastel çalarlarından uzaq durmaq tövsiyə olunur:

“Əgər mavi tenlərdən istifadə edəcəksinizsə, o zaman makyajınızı daha sadə tonlarla tamamlaya bilərsiniz. Dırnaq boyalarında da mavi tonlara üstünlük vermək olar”.

Mavi rəngdən ev dekorasiyasında istifadə edərkən diqqətli olmaq məsləhətdir:

“Əks halda evinizdə boğucu atmosfer yarada bilərsiniz. Məsələn, divan seçimində mavidən istifadə etmək yerinə düşər, amma bu zaman evin dekorasiyasının mavi ilə uyğun olmasına diqqət edin”.

Qeyd edək ki, Panton Rəng İnstitutu klassik mavini 2020-ci ilin rəngi elan edib. İnstitutunun direktoru Leatris Eysman bu rəng tonunun klassik olmasına görə qərarlılıq və güvən ifadə etdiyini bildirib.

Tarix
2020.01.10 / 01:11
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla