Yuxarı

Bakıda Sultan Süleymanın fərmanı tapıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Sultan Süleymanın fərmanı tapıldı - Foto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Süleymanova institutda saxlanılan arxeoqrafik sənədlər arasında Osmanlı dövlətinin onuncu padşahı Qanuni Sultan Süleymanın hibənaməsini (torpaq bağışlanması haqqında fərman) aşkar edib.

İnstitutdan Kult.az-a verilən məlumata görə, hibənamə hicri 975-ci (miladi 1566) ildə İstanbulda (Konstatiniyyə) cəli xətti ilə qara, qızılı və göy rəngli mürəkkəblə əski əlifbada türk dilində yazılıb. Tumar (lülə) şəklində olan hibənamənin ölçüsü 30x180 santimetrdir.

Hibənamənin sonunda vəzirlərdən Muhəmməd bin Əbdülhəyy, Pərtəv bin Əbdülhəyy, Fərhad bin Əbdülhəyy, qazıəskərlərdən Əhməd bin Mustafa (Rumeli), Hüseyn bin Əbdülhəyy (Anadolu) və şahid olaraq Əhməd bin əl-Dəftəri (Rumeli) imza atıblar.

Tarix
2020.01.10 / 23:17
Müəllif
Kult.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla