Yuxarı

Əbülfəs Qarayev Frakassetti ilə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əbülfəs Qarayev Frakassetti ilə görüşdü - Foto

Yanvarın 28-də Mədəniyyət naziri Əbülfəs Qarayev və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti arasında görüş keçirilib.

Kult.az xəbər verir ki, görüş zamanı təlimlər, yaradıcı sənayelər və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin BMT-nin İnkişaf Proqramının innovasiyalara dəstək üçün yeni təşəbbüsü olan “Accelerator Lab” layihəsi barəsində söhbət açılıb.

Bildirilib ki, layihənin əsas məqsədi təlimlər vasitəsilə müxtəlif formalarda olan yeni həll yollarını sınaqdan keçirmək və icra müddətini sürətləndirməkdir.

Əbülfəs Qarayev ölkəmizdə yaradıcı mədəniyyət sənayesinin inkişafı sahəsində həyata keçirilən layihələr barədə Alessandro Frakassettiyə məlumat verib.

Azərbaycanda yeni inkişaf mərhələsində olan kreativ mədəniyyət sənayesi sahəsində böyük potensialın olduğunu vurğulayan nazir bu istiqamətdə görülən işlərdə birgə əməkdaşlığın önəmindən bəhs edib.

Daha sonra 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.

Tarix
2020.01.28 / 17:40
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla