Yuxarı

Azərbaycan bu baxımdan şanslı ölkədir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu baxımdan şanslı ölkədir

Təsadüfi deyil ki, hər ölkənin güclü insan resursu onun gənclərinin sayı ilə müəyyən olunur. Çünki gənclərin sayının çoxluğu uğurlu gələcək, ölkənin inkişafı deməkdir. Bu baxımdan Azərbaycan şanslı ölkələrdən sayıla bilər.

Bu gün Azərbaycan gənci öz ölkəsinin əsgəridir, onu qoruyandır, övladlar böyüdən anadır, müəllimdir, həkimdir, seçim sınağında özünü sınayan namizəddir və nəhayət könüllüdür. Enerjisini, gəncliyini, vaxtını xalqına təmənnasız həsr edən KÖNÜLLÜ.

Xalqımızın əsrlərdən bəri formalaşmış könüllülük ənənəsi, xeyirxahlıq, fədakarlıq kimi gözəl xüsusiyyəti var. Elə bunu əsas tutaraq ölkə başçısı 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzaladı.

Tarixə nəzər salsaq, görərik ki, könüllülük fəaliyyəti ilk dəfə XVII əsrdə Fransa ordusunda başlayıb. XX əsrin ikinci yarısından etibarən isə könüllülük həmrəylik və sosial məsuliyyətlə birlikdə sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Hazırda biz bu mövzuda ən gözəl nümunəni Azərbaycanın ən uğurlu layihəsi ASAN Xidmət təcrübəsində görə bilərik. Ölkəmizdə keçirilən elə bir beynəlxalq tədbir yoxdur ki, orada ASAN Xidmət könüllüləri olmasın. 10 mindən artıq gənc bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışır. Könüllülük vətənpərvərlik məktəbi, xalqın, dövlətin dəyərlərinə bağlılıq və xidmət nümunəsidir.

Ölkəmizdə 2 fevral tarixinin Gənclər Günü olması, 5 dekabrın isə Beynəlxalq Könüllü Günü kimi qeyd olunması gənclərə və gəncliyə göstərilən diqqətdir. Filosof Yohan Vilhelm Snelman deyirdi ki, gənclik istifadə edilməyən ucsuz-bucaqsız bir tarladır, özbaşına qoysanız, orada kicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz. Gəncliyi sadəcə olaraq bioloji yaşın müəyyən həddə çatması kimi xarakterizə etmək olmaz. Gənclərin formalaşması həm bioloji, həm psixoloji, həm də sosial amillərin təsiri altında baş verir. Bunların içərisində gənclərin bir şəxsiyyət kimi formalaşmasında sosial-psixoloji amillər xüsusi yer tutur. Ona görə də gəncliyi sosial-psixoloji hadisə kimi qeyd etmək olar.

Azərbaycan gənci ona görə şanslıdır ki, onun inkişafı üçün böyük imkanlar yaradılıb. Bu gün üçün də, sabah üçün də…

Bəli, gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var.

Bənövşə Məmmədova,

ADU-nun Tərcümə fakültəsinin dekanı, dosent

Tarix
2020.02.02 / 23:07
Müəllif
Kult.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana yola düşdü

Dünyada ət niyə bahalaşır? - Araşdırma

Zəfər Günü ilə bağlı şüarlar “Tayms” meydanında - Video

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla