Yuxarı

Bu gənclər dövlət qayğısı ilə əhatə olunub - Nazir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gənclər dövlət qayğısı ilə əhatə olunub - Nazir

Bu gün sərgilənən əsərlər gənclərin yaradıcı təxəyyülünün zənginliyini, mövzu rəngarəngliyini, özlərinə məxsus sənət duyumlarını əks etdirir. Nümayiş olunan əsərlər eyni zamanda gənclərin qədim və zəngin mədəni irsimizə maraq və sevgisinin göstəricisidir.

Kult.az xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev bu fikirləri fevralın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Günü münasibətilə təşkil olunan “Gəncliyin səsi” festivalının açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, sərgidə Mədəniyyət Nazirliyi şəbəkəsində fəaliyyət göstərən incəsənət məktəbləri və dərnəklərin şagirdlərinin işləri yer alıb. Gənclərin hazırladığı zərgərlik nümunələri, şəbəkə üslubunda oyma, rəssamlıq və tətbiqi sənətin müxtəlif növlərində əl işləri ilə böyük maraq doğurur.

Gənclər Gününün əhəmiyyətindən söz açan Əbülfəs Qarayev vurğulayıb ki, 2 fevral tarixinin “Azərbaycan Gəncləri Günü” elan edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi: “Həmin vaxtdan etibarən hər il bu tarix gənclərimizin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ölkəmizdə Gənclər günü ilə bağlı silsilə tədbirlərin təşkil olunması, müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanmış gənclərin mükafatlandırılması, istedadlı gənclərin beynəlxalq festival və müsabiqələrdə iştirakı həmişə dövlətimiz tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimizin fəaliyyəti diqqətdən kənarda qalmır. Mədəniyyət Nazirliyinin tabeliyindəki yaradıcı təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi diqqət yetirilir”.

Nazir qeyd edib ki, bu gün incəsənət və musiqi məktəblərinin fəaliyyəti təkmilləşdirilir, maddi-texniki bazası möhkəmləndirilir: “Bu məktəblərin məzunları ölkəmizin incəsənətinin simaları olmaqla beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Hazırda izlədiyimiz bu əsərlər önu göstərir ki, gələcəyin Tahir Salahovları, Böyükağa Mirzəzadələri yetişir”.

Əbülfəs Qarayev əlavə edib ki, ölkə rəhbərliyinin gəncliyə göstərdiyi diqqət və qayğı onların fəaliyyətini daha da stimullaşdırır, yeni uğurlara ümidləndirir.

Tarix
2020.02.03 / 21:17
Müəllif
Kult.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla