Yuxarı

Pilot layihə: “Ortaq türk tarixi” “əlavə yük”dür?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pilot layihə: “Ortaq türk tarixi” “əlavə yük”dür?

Bildiyiniz kimi, artıq ölkədə fəaliyyət göstərən məktəblərin bəzilərində “Ortaq türk tarixi” dərsliyi pilot layihə olaraq tədris olunur. Bu fənnin tədrisi ilə bağlı ictimaiyyətdə bir sıra müzakirələr aparılır. Bəzi şəxslər bunun türk dövlətlərinin birliyi üçün əhəmiyyətli addım olduğunu qeyd etsə də, bəziləri onsuz da ağır olan dərs proqramının daha da ağırlaşdırılması kimi qiymətləndirirlər.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, bu layihənin tətbiq edilməsinin mənfi və müsbət tərəflərini yaxın gələcəkdə görmək mümkün olacaq.

“Ortaq türk tarix”i yaratmaq ideyası heç də yeni məsələ deyil, hələ 2012-ci ilin mart ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin təhsil nazirlərinin Bakıda keçirilən üçüncü görüşündə qaldırılmış ideyanın davamıdır. Bu görüşdən iki il sonra, daha dəqiq desək, 2014-cü il noyabrın 22-də Türk Şurası təhsil nazirlərinin Türkiyənin Əskişəhər şəhərində keçirdikləri toplantıda üzv ölkələrin məktəblərində tədris olunacaq ortaq tarix kitablarının hazırlanmasını qərara alıblar. Kitabın yazılması üçün isə bütün üzv ölkələrdən - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan ən yaxşı tarixçilər cəlb edilməklə komissiya yaradılıb. Bildirilir ki, eyni əməliyyat gələcəkdə coğrafiya və ədəbiyyat kitabları üçün də reallaşdırılacaq”, - o bildirib.

Təhsil eksperti Elşən Qafarov isə bu dərsliyin şagirdlərin dərs yükünü ağırlaşdırmayacağını deyib:

“Hələ o zaman ortaq türk birliyinin yaradılması ideyası ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Bu gün də türk dövlətlərinin müstəqil iqtisadi, mədəni birliyi var. Ortaq tarixi olan xalqlardan bəhs edən bu dərsliyin tədris proqramına salınmasını çox doğru addımdır. Türkdilli dövlətlərin hər birində ortaq türk tarixinin tədris edilməsini çox müsbət qarşılayıram. Hər bir xalq öz soykökünə bağlı olmalıdır. Dərs saatlarının çox olması və dərsliklər bağlı məsələ isə ayrı problemdir. Amma bizim gələcək hədəflərimizdən olan Türk Birliyi ideyalogiyası baxımından “Ortaq türk tarixi” dərsliyi çox vacibdir. Bu dərsliyin proqrama salınmasının şagirdlərin yükünü ağırlaşdıracağını qətiyyən düşünmürəm. Öz tarixini öyrənmək yük ola bilməz”.

Tarix
2020.02.04 / 08:15
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama

Prezident: Buna görə dünyada birinci yerdəyik...

Biz bu məsələdə misilsiz təcrübə formalaşdırmışıq

Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı çarx

Yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də...

İlham Əliyev "Avronyus" kanalına müsahibə verdi - Foto

Prezident WUF13-də iştirak edənlərin şərəfinə ziyafət verdi

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla