Yuxarı

64 il əvvəl Azərbaycanda eşidilən tarixi sözlər - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
64 il əvvəl Azərbaycanda eşidilən tarixi sözlər - Video

Bu gün Azərbaycanda ilk televiziyanın yaradılmasından 64 il ötür.

Kult.az xatırladır ki, 1956-cı il fevralın 14-də Azərbaycanda ilk televiziya – Bakı televiziya studiyası (indiki AzTV) fəaliyyətə başlayıb. Bu, həm də Şərqdə ilk televiziya idi.

Məhz həmin gün Azərbaycan insanı günə görkəmli aktrisa Nəcibə Məlikovanın “Göstərir Bakı!” kəlməsi ilə başlayıb. N.Məlikova çıxışında tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Daha sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Lakin texniki səhvlər ucbatından film səssiz yayımlanıb.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1957-ci ildən həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artdı.

70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı.

2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.

Tarix
2020.02.14 / 11:07
Müəllif
Aqşin
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla