Yuxarı

Ermənilərin səsi Bakıdan eşidilir: Nazirlik hərəkətə keçdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin səsi Bakıdan eşidilir: Nazirlik hərəkətə keçdi

Ermənistanın İctimai Radiosunun saytının Azərbaycan dilində fəaliyyətə başlaması sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Azərbaycanlı sosial şəbəkə istifadəçiləri sözügedən saytın Feysbuk üzərindən öz xəbərlərini yayımladığını və artıq bu saytın ölkəmizdə də izlənildiyini bildiriblər.

Məlumata görə, ermənilər azərbaycanca sayt və radio layihəsinə külli miqdarda pul ayırıblar, hətta azərbaycandilli mütəxəssisləri də bura cəlb ediblər.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Kult.az-ın məsələ ilə bağlı göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, artıq məsələ haqda araşdırma aparılır.

“Bu, çox ciddi, strateji məsələdir, araşdırma aparılır. Qanunvericiliyə əsasən 7 iş günü ərzində bu barədə məlumat veriləcək”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, sözügedən saytda Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan barədə Azərbaycan dilində xəbərlər yayımlanır və birmənalı olaraq düşmən ölkənin maraqları əks olunur.

Tarix
2020.02.21 / 18:10
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla