Yuxarı

Çin möhtəşəm türk tarixini gizlədir: Bu sirr açılsa... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin möhtəşəm türk tarixini gizlədir: Bu sirr açılsa... - Video

Qədim Çin əfsanəsinə görə, bu ölkədə tikilmiş yüzdən çox piramida planetimizin başqa dünya sakinlərinin ziyarətinə şahidlik edir. XX əsrin əvvəllərində avstraliyalı iki tacir Çinin mərkəzi hissəsindəki Siçuanın geniş ovalığında olur. Burada yüzdən çox piramida aşkar edirlər. Avstraliyalılar məlumat almaq üçün yerli məbədə müraciət edir və dərhal da “çox qədimdirlər” cavabı alırlar. Bu tikililərdəki qeydlər ən azı 5000 il qabaq yazılmışdı, ona görə də onların yaşını sadəcə təsəvvür etmək olardı.

1994-cü ilin martında avstraliyalı Hartviq Hausdorf Sian şəhərinin yanındakı, əcnəbilərə girişi qadağan olunan rayona səfər edir. Səfər müddətində altı əfsanəvi piramida görür. 1994-cü ilin oktyabrındasa kamera götürərək yenidən ora qayıdır. Hausdorf 18 dəqiqəlik film çəkməyə nail olur. Səyyah kadrları yaxınlaşdırarkən arxa planda daha bir neçə piramida görür. Beləliklə, 2000 kvadrat kilometrlik ərazidə yüzdən çox piramida aşkar olunur.

Hazırda bu piramidalardan bəziləri kifayət qədər pis vəziyyətdədir, zaman-zaman da yerli sakinlər tərəfindən talan edilir. Onlar daşdan yox, əsasən gil və torpaqdan tikildiyinə görə, sakinlər hissələri dağıdıb, öz həyətyanı sahələrində istifadə edirlər.

Hausdorf bu qəribə piramidalar üzərində tədqiqatlarını davam etdirmək üçün böyük çətinliklə icazə ala bilir, amma Çin hökuməti arxeoloji qazıntı aparmağı qadağan edir.

Daha ətraflı Axar TV-nin süjetində:

Tarix
2020.02.22 / 21:34
Müəllif
Kult.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla