Yuxarı

“Məni özümdən çıxaran bir şey var...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Məni özümdən çıxaran bir şey var...”

Axar.az qəhvədən asılılığı olan məşhurları və onların qəhvə ilə bağlı fikirlərini təqdim edir:

Alber Kamü

Əlindən siqareti əskik olmayan yazıçı Alber Kamü qəhvəni çox sevirmiş:

"Özümü öldürüm, yoxsa bir fincan qəhvə içim?"

Bill Kosbi

Dünyanın ən məşhur komediya ustalarından biri olan Bill Kosbi əməlli-başlı qəhvə aludəçisi imiş:

"Bütün yaşlı insanlar kimi mən də günə qəhvə və ölüm xəbərləri ilə başlayıram".

Devid Linç

Məşhur ABŞ rejissoru və rəssamı öz həyatını qəhvəsiz təsəvvür edə bilmirmiş:

"Lap pis qəhvə belə qəhvənin heç olmamasından yaxşıdır".

Eddi İzzard

Qeyri-adi şəxsiyyəti ilə hər zaman diqqət mərkəzində olmağı bacaran məşhur ingilis komediya ustası Eddi İzzard qəhvəyə həddindən artıq meyilliymiş:

"Qəhvəni qadınımı sevdiyim qədər sevirəm".

Lori Hyu

Məşhur aktyor Lori Hyu qəhvənin geri dönüşü olmayan bir yol olduğunu düşünür:

"Mən qəhvəxoram. Bir dəfə gözəl bir qəhvə içdinizsə, bir daha ondan ayrıla bilməzsiniz".

Cerom Selincer

"Çovdarlıqda uçurumdan qoruyan" romanı ilə hər kəsin qəlbinə yol tapan məşhur yazıçı Cerom Selincer də qəhvəni çox sevirmiş:

"Məni özümdən çıxaran bir şey var: "qəhvə hazırdır" deyiləndə qəhvənin hazır olmaması".

Tarix
2015.03.03 / 20:47
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla