Yuxarı

Murad Dadaşovdan qərar: 50 min manat bağışlandı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Murad Dadaşovdan qərar: 50 min manat bağışlandı

​Xəzər TV Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürəcək.

Kult.az xəbər verir ki, bununla bağlı qərar televiziyanın Baş direktoru Murad Dadaşovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

Baş direktor bildirib ki, koronavirusla mübarizə tədbirlərinin işıqlandırılması və əhalinin maarifləndirilməsi ilə bağlı bütün resurslarını səfərbər edən Xəzər Media Holdinqi dövlət başçısının sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna da öz töhfəsini verəcək.

"Koronavirusla mübarizəyə öz dəstəyimizi nümayiş etdirmək istəyirik. Ona görə də media qurumları arasında ilk olaraq biz bu addımı atırıq. Bütün daxili ehtiyatlarımızı səfərbər edərək, bu fonda 50 min manat dəstəklə çıxış edirik", - Murad Dadaşov bildirib.

​O deyib ki, koronavirus pandemiyası ilə mübarizə artıq milli məsələyə çevrilib. Onun sözlərinə görə, bu məqamda dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmaq, bütün imkanları ilə bu mübarizəyə qoşulmaq hər cür korporativ maraqların fövqündə dayanmalıdır.

"İstəyirik ki, bütün şirkətlər, qurumlar, biznes strukturları, media orqanları öz korporativ maraqlarını bir anlıq kənara qoysunlar. Hazırda əsas marağımız cənab Prezidentin bu addımına dəstək olmaqdır. Bu məsələdə vahid xalq kimi özümüzü göstərməliyik", - deyə o qeyd edib.

Xəzər TV-nin Baş direktoru onu da bildirib ki, dövlət tərəfindən görülən tədbirlər nəticəsində koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan dünyada ən uğurlu nəticə əldə edən ölkələrdən biridir. Amma mübarizənin daha effektiv olması və bu bəlanın dəf edilməsi üçün sosial və iqtisadi statusundan asılı olmayaraq, hər kəs həmrəylik nümayiş etdirərək dövlətə dəstək olmalıdır.

Tarix
2020.03.21 / 20:31
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla