Yuxarı

Məşhur azərbaycanlı alimin ölüm səbəbi – 27 il sonra...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda Azadxan Əhməd oğlu Musayevi tanıyanlar o qədər də çox deyil, amma o, 42 il həyat yaşamasına baxmayaraq, öz elmi kəşfləri ilə dünya elminə vacib töhfələr verən azərbaycanlılardan biridir.

Onu tanımaq üçün Moskvanın Xalq Təsərrüfatı Müzeyinin kitabxanasına nəzər salmaq lazımdır.
O, 13 iyun 1951-ci ildə Borçalı mahalının Bolnisi rayonunun Saraçlı kəndində anadan olub. 1967-ci ildə Saraçlıda orta məktəbi əla qiymətlərlə bitirib.

1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə qəbul olub. 1972-ci ildə soyuducu qurğularının təmiri və istismarı ixtisası üzrə mühəndis-mexanik kimi ali məktəbi bitirib.

Həmin ildə institutun təyinatı ilə Gürcüstan respublikasının Axalsixe şəhərində ət kombinatına mühəndis vəzifəsinə təyin olunur. 3 il burada çalışdıqdan sonra 1975-ci ildə Moskva şəhərində aspiranturaya qəbul olur. Aspiranturada oxuduğu zaman bir çox elmi ixtiralar üzərində çalışır və istəyinə nail olur.

A.Musayev dünyaca məşhur 10 kəşf və ixtira müəllifidir, bir neçə mükafata layiq görülmüşdür. 1980-ci ildə Moskva şəhərində nəşr olunan "Xolodilnaya Texnika" jurnalında ixtiraları dərc edilir. Bu ixtiralar ət və süd sənayesindən başqa, kosmos sənayesində də tətbiq edilməyə başlayır.

Azadxan Musayev paralel olaraq Leninqrad Texniki İnstitutunun nəzdində ixtisasartırma kursunu da bitirir. 1980-ci ildə Gürcüstana qayıdır və Dmanisi şəhərində süd kombinatında baş mühəndis vəzifəsinə təyin olunur. Bir il burada çalışdıqdan sonra Gürcüstan rəhbərliyi tərəfindən Tiflisə Ət və Süd Sənayesi Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış Mexanikitəmir Montaj Kombinatına aparıcı mühəndis vəzifəsinə təyin olunur.

Uzun müddət burada çalışır. SSRİ dağıldıqdan sonra, 1992-ci ildə Bakıya köçür və burada Yeyinti Sənayesi Nazirliyinin nəzdində yerləşən Quraşdırma Sazlama İdarəsində aparıcı mütəxəssis kimi işə başlayır və az sonra idarəyə təyin olunur. Çox keçmədən avtomobil sürücüsünün ehtiyatsızlığı nəticəsində avtoqəzaya düşür və aldığı xəsarətdən 23 oktyabr 1993-cü ildə 42 - yaşında dünyasını dəyişir.

3 övladı var. Namiq, Natiq, Zamir.

Azadxan Musayevin Bakıda yaşayan kiçik oğlu Zamir Musayev saytımıza azərbaycanlı alimin ölümü ilə bağlı bəzi maraqlı detalları açıqlayıb. Belə ki, Zamir nazirlik tərəfindən təyin olunmuş sürücünün narkoman olduğunu bildirib.

“Mənim 12 yaşım var idi, amma həmin gün indiki kimi yadımdadır. Atam işlə bağlı İmişli rayonuna bir günlük ezam olundu. Ona yenicə gənc bir oğlanı sürücü təyin etmişdilər. İmişlidə oteldə olarkən atam evə zəng elədi. Anamın dediyinə görə o, çox əsəbi idi. O anama dedi ki, oteldə olarkən sürücünün narkotik maddə istifadə elədiyinin şahidi olub və səhəri gün Bakıya qayıdan kimi sürücünü dəyişəcəyini bildirib. Amma atamın Bakıya meyiti gəldi. Sürücü yüksək sürətdə idarəetməni itirib, qəza törədib. Bu məsələnin bu günə qədər üstü açılmayıb”, - deyə Zamir Musayev qeyd edir.

Tarix
2020.04.01 / 23:10
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla