Yuxarı

İSESKO hərəkətə keçdi: Üzv ölkələrə yardım...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İSESKO hərəkətə keçdi: Üzv ölkələrə yardım...

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzv ölkələrdə yeni növ koronavirus pandemiyasına qarşı mübarizəyə töhfə vermək məqsədilə yardım layihəsinə start verib.

Kult.az xəbər verir ki, təşkilat İslam ölkələrində əlin dezinfeksiyası üçün jele istehsal edən kiçik müəssisələrin yaradılması və müvafiq personalın təlimi üçün texniki və maliyyə yardımı göstərəcək.

Təşkilatın məlumatında qeyd olunub ki, COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Bu məqsədlə yerlərdə yeni texnologiyaların tətbiqi ilə kiçik müəssisələrin yaradılması, bununla da bir sıra icmalarda əlavə iş yerlərinin açılması nəzərdə tutulur. Layihə tibbi ləvazimatların kiçik müəssisələrdə istehsalı üzrə İSESKO-nun proqramı çərçivəsində həyata keçiriləcək. İlk olaraq, təşkilat Mali Respublikasında hökumət strukturları ilə birgə fəaliyyət göstərəcək. Sonra digər üzv ölkələrdə də layihənin həyata keçirilməsinə başlanacaq.

"İSESKO üzv ölkələrdə COVİD-19 virusunun yayılmasının monitorinqini aparır və təşkilat bundan sonra da pandemiyanın qarşısının alınması, onun sosial-iqtisadi vəziyyətə təsirinin azaldılması istiqamətində səylərini davam etdirəcək", - deyə təşkilatın məlumatında vurğulanır.

Tarix
2020.04.04 / 02:15
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla