Yuxarı

Ölümündən sonra kitablarının satışı artdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölümündən sonra kitablarının satışı artdı

92 yaşında vəfat edən yazar Yaşar Kamalın əsərlərinin satışı ölümündən sonra 4 dəfə artıb.

Axar.az xəbər verir ki, "D&R"-in 146 mağazası və internet satışlarını əsas götürərək verdiyi məlumata görə, son bir həftədə Türkiyənin ən sevilən yazarlarından biri olan Yaşar Kamalın kitablarının satışı 417 faiz artaraq 4 qat yüksəlib.

Ən çox oxunan kitabı "İncə Məmməd"in ilk cildidir. Ondan sonra "Ağrı dağın əfsanəsi" gəlir. Üçüncü yerdə "İncə Məmməd"in ikinci hissəsi, dördüncü yerdə isə 79 səhifəlik kitab olan "Quşlar da getdi" gəlir. Yaşar Kamal "Quşlar da getdi" kitabında quş satan, sata bilmədikləri quşları yeyən uşaqlar vasitəsilə İstanbuldakı dəyişikliklər və çürümədən bəhs edir. Yazarın çox satılan kitabları arasında beşinci yerdə dörd cildlik "İncə Məmməd"in üçüncü hissəsi yer alıb.

Xatırladaq ki, "Nobel" ödülünə ilk türk yazar kimi tarixə keçən Yaşar Kamal yaradıcılığı boyunca bir uşaq romanı, 12 seçilmiş əsərindən ibarət kitab, 9 müsahibə, 4 dastanvari roman, bir şeir, 21 roman, 2 də hekayə kitabı olmaqla 49 kitab yazıb.

Tarix
2015.03.07 / 23:28
Müəllif
Nigar An
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla