Yuxarı

12 əsrlik qalaya yol çəkilir - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
12 əsrlik qalaya yol çəkilir - Video

Gədəbəy rayonunda yerləşən və tarixçi mütəxəssislər tərəfindən təxminən 9-cu əsrə aid edilən Qız qalasının turizm əhəmiyyəti nəzərə alınaraq, turistlərin bu abidəni ziyarət etməsini asanlaşdırmaq üçün qalaya avtomobil yolu çəkilir.

Kult.az Real TV-yə istinadən xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə inşa edilən yolun ümumi uzunluğu təxminən 12-15 kilometrdir. İnşasına mayın 20-dən başlanılan avtomobil yolunun iyun ayının sonunadək yekunlaşdırılması planlaşdırılıb.

Xatırladaq ki, ölkə əhəmiyyətli möhtəşəm memarlıq abidəsi olan Qız qalası Şəmkir çayı ilə Mis çayının kəsişməsində, sıx meşəliyin ortasında, sıldırım qayalığın zirvəsində yerləşir. Müdafiə xarakterli tarixi abidənin unikallığı ondadır ki, ətrafda kərpic hazırlanması üçün heç bir xammal mənbəyinin olmamasına, yaxud kərpic bişirilən emalatxanaya rast gəlinməməsinə baxmayaraq, Qız qalası kimi möhtəşəm abidə bişmiş qırımız kərpicdən inşa edilib.

Abidəyə aparan yollar sıx meşəliyin içərisindən və kol-koslu dağ çığırlarından keçir. Buna baxmayaraq, qalanın bürclərindən və mazğallarından baxdıqda ətrafa olduqca əsrarəngiz və füsunklar mənzərə açılır.

Qeyd edək ki, Gədəbəy rayonununda yerləşən və 4-cü əsrə aid edilən ölkə əhəmiyyətli digər tarixi memarlıq abidəsi Mahrasa məbədi də Şəmkir çayının sahilində, hazırda Qız qalasına çəkilən avtomobil yolunun yaxınlığında yerləşir.

Tarix
2020.06.05 / 00:34
Müəllif
Kult.az
Digər xəbərlər

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla