Yuxarı

Nazirliyimizin iç üzü açıldı: sadəcə, dəhşətdir...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

73-cü Kann film festivalına düşən filmlərin siyahısı açıqlanıb. Siyahıda Azərbaycandan bəhs edən film də var.

Yox, sevinməyə tələsməyin, filmimiz Kann festivalına düşməyib. Amma ermənilərin işğal altındakı Qarabağla bağlı çəkdikləri film festivala düşüb. Ermənistan, Belçika və Fransanın birgə istehsalı olan “Əgər külək əsərsə” adlı bu filmin rejissoru Nora Martirosyandır.

Təsəvvür edin, adamlar Qarabağımızdan film çəkib festivala düşürlər.

Filmi izləmədiyim üçün dolğun təsəvvürüm yoxdur, lakin bildiyimə görə, filmdə erməni ailə üzvlərinin Azərbaycanın “aqressiyasına” görə bir-birindən uzaq düşməsindən bəhs edilir.

Festivala ümumilikdə 2067 film göndərilib. Bunlardan 56-sı festivalın proqramına daxil edilib. Bu 56 film Toronto, Nyu York, Venesiya, San Sebastyan və başqa böyük şəhərlərdə nümayiş olunacaq. Yəni dünyada milyonlarla insan Qarabağ münaqişəsi məsələsində erməni yalanlarını izləyib, ona inanacaq.

Təhlükənin fərqindəsinizmi?

İndi gələk ikinci əsas məsələyə!

Ermənilərin filminin Kann festivalına düşməsindən sonra Mədəniyyət Nazirliyi xəbər yaydı ki, bəs, bizim də filmimiz bu festivalda yer alacaq. Nazirliyin məlumatda qeyd edilir ki, Kann film festivalının “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmlər siyahısına azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” filmi də düşüb.

Nazirlik öz bacarıqsızlığını malalamaq üçün belə bir xəbər yaydı, mediamız da bunu “bir ilk” kimi tirajladı. Kiçik araşdırma aparsaq, görərik ki, “Axşama doğru” filminin düşdüyü kateqoriyanı “adam yerinə qoyan” yoxdur. Sadəcə Kann festivalı qısa siyahıdan kənarda qalan filmləri qaytarıb başımıza çırpmaqdan utandığı üçün filmimizi “padval kateqoriyası”na salıb.

Bəla təkcə bu deyil.

Bəla həm də filmin özüdür. Təbii, filmin yalnız treylerini izləyə bilmişik. Treylerdə nə görürük? Bir azərbaycanlı qız Biləcəri tərəfdə maşında oturub siqaret çəkir.

Ümumiyyətlə, filmdə Azərbaycana aid yeganə şey Biləcəridir. Qalan heç nəyin bizlə əlaqəsi yoxdur.

Mənə maraqlıdır, rejissor, ssenarist hansı zərurətdən siqaret çəkən qızı soxuşdurub filmə? Avropanı qoyaq kənara, qardaş Türkiyədə inanmırlar ki, Azərbaycanda hansısa qız siqaret çəkir. Budurmu sizin üçün Azərbaycan qadınının ümumiləşdirilmiş obrazı?

Sizin üçün önəmli olan Qarabağ yox, Biləcəridir. Elə ona görə də Biləcəridən o tərəfə keçə bilmirsiniz.

Mənə çox maraqlıdır, Mədəniyyət Nazirliyinin səlahiyyətli şəxsləri nə düşünür? Erməninin Qarabağla bağlı filminin dünyaya yayılması fonunda damağında siqaret tüstülədən qız təsvirli Azərbaycan filminin “padval”da nümayiş olunması onları ağrıdırmı? Bu rüsvayçılığa görə zərrə qədər utanırlarmı?

Əslində, bəzən günah təkcə rejissorda olmur. Məsələn, dövlət film sahəsinə milyonlarla pul ayrırır. Aydındır, basıb yeyirsiniz, yaxşı bilirik hamısını. Filmin büdcəsini 150 min yazıb, 50 min rejissora verib, 100 mini qoyursunuz cibinizə. Haram xoşunuz olsun! Bəs düşünürmürsünüzmü, bu yazıq rejissor 50 minə nə çəksin? 50 minə indi camaat reklam çəkir e!

Rejissor min bir əziyyətlə 150 minlik filmi 50 minə çəkir. Təbii ki, bu məbləğə çəkilən filmin keyfiyyəti aşağı olur və dünyanın nüfuzlu festivalları da “itaparan olsun” deyib, belə filmləri “padval kateqoriyası”nda dəyərləndirir. Nəticədə ortaya rüsvayçı nəticə çıxır.

Məncə, dövlət başçısına müraciət etmək lazımdır ki, ümumiyyətlə, film sektoruna ayrılan maliyyə başqa sahələrə yönəldilsin. Onsuz da film sektorunda oturanlar illərdir ortaya düz-əməlli bir əsər qoya bilməyiblər. Əvəzində isə düşmən Ermənistan və qonşu Gürcüstan belə festivalların qısa siyahısına düşür.

Regionun lider dövləti Azərbaycanın filmi isə “zirzəmilərdə”, “çayxanalarda” nümayiş olunur.

Erməni ordusu 26 il əvvəl Qarabağa girib oturub. İndi isə erməni “mədəniyyəti” də Qarabağa girdi. Amma təkcə bunu etmədi, həm də bizim Mədəniyyət Nazirliyimizin iç üzünü açdı.

Tarix
2020.06.06 / 12:11
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla