Yuxarı

Bakıda 21 Azər generalının yubileyi keçirilir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 21 Azər generalının yubileyi keçirilir

Aprelin 3-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Cənubi Azərbaycanda baş vermiş 21 Azər Milli Azadlıq Hərəkatının fəal iştirakçısı, Azərbaycan Demokratik Partiyasının yaradıcılarından general Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş "İşıqlanan yaddaş" adlı tədbir-sərgi təşkil olunacaq.

Axar.az xəbər verir ki, sərgidə ilk dəfə olaraq Cəfər Kavianın şəxsi əşyaları (hərbi geyim, Səttarxan ordeni, 21 Azər medalı, qılınc və s.), fotoşəkillər, sənədlər nümayiş olunacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Cəfər Kavianın oğlu Mark Kavian, Azərbaycan Respublikası Baş prokurorun müavini Bəhruz Məmmədov, Əlyazmalar İnstitutunun mətbuat katibi Kərimov Sərvan və digər qonaqlar çıxış edəcəklər.

Qeyd edək ki, C.Kavian 1895-ci ildə Təbriz yaxınlığındakı Salaxan kəndində dünyaya gəlib. Səttarxanın başçılığı ilə 1906-1907-ci illərdəki Məşrutə Hərəkatının fəal üzvü olub.

Tarix
2015.04.02 / 01:11
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla