Yuxarı

Dil körpüsündə qalib ol, Çinə get

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dil körpüsündə qalib ol, Çinə get

Aprelin 11-dən 25-dək Bakı Dövlət Universitetində çin dili üzrə 14-cü ümumdünya "Çin dili körpüsü" tələbə müsabiqəsinin Azərbaycan üzrə seçmə turu keçiriləcək.

Axar.az xəbər verir ki, müsabiqədə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində çin dilini öyrənən 200-dən çox tələbə iştirak edəcək. Müsabiqə iki mərhələdən ibarət olacaq. İlk mərhələdə iştirakçılar Çin haqqında bilikləri üzrə yazılı imtahan verəcək. İkinci mərhələdə isə nitq söyləyəcək, sualları cavablandıracaq və bədii çıxış edəcəklər. Birinci mərhələni müvəffəqiyyətlə başa vuran iştirakçılar ikinci mərhələyə keçəcək. İkinci mərhələnin nəticələrinə əsasən, müxtəlif mükafatlar veriləcək. Qaliblər Çində keçiriləcək 14-cü ümumdünya "Çin dili körpüsü" müsabiqəsinin final mərhələsində azərbaycanlı tələbələri təmsil etmək və ya final mərhələni seyr etmək imkanı qazanacaqlar. Müsabiqənin təşkilatçısı olan Konfutsi İnstitutunun qərargahı digər laureatlara ödənişsiz çin dilini öyrənmək imkanı verəcək. Azərbaycanı təmsil edən müsabiqə qalibi Asiya zonasında keçiriləcək müsabiqədə iştirak edəcək.

Qeyd edəki ki, Bakı Dövlət Universitetinin nəzdində Konfutsi İnstitutu 2011-ci ilin aprel ayında yaradılıb.

Tarix
2015.04.08 / 01:39
Müəllif
Nigar An
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla