Yuxarı

Tanınmışlar "Yüz kağız"ın gecəsində bir yerdə - Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmışlar "Yüz kağız"ın gecəsində bir yerdə - Fotolar

Ötən gün çoxdandır böyük intizarla gözlənilan "Yüz kağız" filminin qala gecəsi baş tutub.

Axar.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən təqdimata incəsənətimizin məşhur simaları qoşulub. Qonaqlar arasında Faiq Ağayev, Sənubər İsgəndərli, rejissor Kənan M.M, Fuad Elişov, aktyorlar Rafael İsgəndərov, Coşqun Rəhimov, xalq şairi Söhrab Tahir və digərləri olub.

Şahin Zəkizadənin rejissorluğu ilə çəkilən film dörd ay müddətinə planlasdırılıb və cəmi 21 günə çəkilib. Filmin nümayişindən öncə rejissor tragikomediya janrında çəkdiyi bu filmi Tariyel Vəliyevin xatirəsinə həsr etdiyini vurğulayıb. Rejissor həmçinin bildirib ki, 21 gün çəkən çəkilişlər Bakıda və Şamaxıda aparılıb.

Tədbir jurnalist Sayka Cəhidin təqdimati ilə başlayıb. Gecənin aparıcısı rejissoru, aktyorları və xalq şairi Söhrab Tahiri səhnəyə dəvət edib, onların filmlə bağlı fikirlərini alıb.

Baş rolları xalq artistləri Valeh Kərimov, Cəfər Namiq Kamal, əməkdar artistlər Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Nicat Kazımov, Pərviz Məmmədrzayev, Təvəkkül Əliyev, müğənni Roza Zərgərli və aktyorlar Bəhram Bağırzadə, Azər Axşam, Qurban İsmayılov, Əjdər Zeynalov və başqalarının canlandırdığı filmin ssenari müəllifləri Fərid Rzayev və Sahin Zəkizadədir.

Tarix
2015.04.08 / 09:15
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla