Yuxarı

Londonda müğənniyə İsrail etirazı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Londonda müğənniyə İsrail etirazı

UNİCEF-in xoşməramlı elçisi seçilən məşhur popçu Robbi Uilyams gələn ay Təl-Əvivdə verəcəyi konsertə görə Londonda protest edilib.

Axar.az türk mətbuatına istinadən xəbər verir ki, UNİCEF-in Londondakı bürosunun qarşısında təşkil olunan aksiyada iştirakçılar məşhur müğənninin İsrail konsertini ləğv etməsini istəyib. Aksiya iştirakçıları müğənninin maskalarını taxıb mahnılarının sözlərini dəyişdirərək oxuyublar. Şotlandiyalı mühəndis Rob Lanqlands "Bu konsert ləğv olunmalıdır. Uilyams UNİCEF-in elçisi seçiləndən bir həftə sonra İsraildə konsert proqramı təşkil etdi. Bu qəribə vəziyyət UNİCEF-i zəhərləyəcək", – deyə çıxış edib. Konsertin ləğv olunması üçün fələstinlilər də Uilyamsa müraciət ediblər.

Qeyd edək ki, 41 yaşlı Robbi Uilyams "Robbie Williams: Let Me Entertain You" adlı mahnı və səhnə şousuyla 2 mayda Təl-Əvivdə heyranları ilə görüşməyi planlaşdırır.

Tarix
2015.04.08 / 18:37
Müəllif
Nigar An
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla