Yuxarı

Arif Quliyev də orduya yazıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arif Quliyev də orduya yazıldı

Xalq artisti Arif Quliyev könüllü olaraq orduya yazılıb.

Bu barədə Kult.az-a açıqlamasında xalq artistinin özü deyib. O bildirib ki, bir neçə gün öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində qeydiyyatdan keçib:

"Yetmiş yaşım var. Buna baxmayaraq, Vətənim üçün döyüşməyi özümə borc bilirəm. Ona görə də gedib könüllü olaraq qeydiyyatdan keçdim. Axırıncı hadisələrdən sonra xalq arasında güclü birliyin olduğunu gördüm. Bu da məni sevindirir".

Xalq artisti koronavirus pandemiyası bitdikdən sonra 70 illik yubileyindən də danışıb:

“Pandemiya bitəndən sonra - oktyabr ayında yubileyimin keçirilməsi nəzərdə tutulub. Bu haqda indiyə kimi heç yerə müraciət etməmişəm. Dövlətimiz sağ olsun, bu vaxta qədər ən ali mükafatlarla təltif olunmuşam. Həmişə diqqətdə saxlayıblar".

Arif Quliyev Özbəkistandan film təklifi aldığını da bildirib:

“Pandemiyanın bitməsini gözləyirik. Özbəkistandakı çəkilişlər koronavirusa görə təxirə düşmüşdü. Həmin filmdə Tariyel Qasımovla birgə çəkiləcəyik. Hələ ki, gözləyirik".

Tarix
2020.08.01 / 11:18
Müəllif
Tural Turan
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla