Yuxarı

Azərbaycanlı gənclərdən Türkiyədə nümunəvi addım

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı gənclərdən Türkiyədə nümunəvi addım

Türkiyənin Konya şəhərində təhsil alan azərbaycanlı tələbələr Qurban bayramı münasibətilə maraqlı aksiya keçiriblər.

Kult.az Oxu.az-a istinadən xəbər verir ki, “Konya azərbaycanlı tələbələr” Dərnəyinin təşəbbüsü baş tutan aksiyaya türkiyəli gənclər də dəstək verib.

Belə ki, tələbələr Qurban bayramı münasibətilə ehtiyacı olan ailələri müəyyən edərək, onlara qurbanlıq ətlə yanaşı, digər ərzaq məhsullarından ibarən bayram payı veriblər.

Qutuların üzərində isə iyulun 12-də Ermənistan - Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olan hərbçilərimizin fotoları, eyni zamanda, şəhid general-mayor Polad Həşimovun dilindən yazılmış bayram təbriki yerləşdirilib.

“Bu gün mən, Polad Həşimov evinizə ziyarətə gələrək, Qurban payımı sizinlə bölüşmək, şəhid olan digər Azərbaycan əsgərlərinin salam və təbriklərini sizə çatdırmaq istədim”, - deyə, təbrik mesajında qeyd olunub.

Türkiyəli ailələr gənclərin bu addımını əsl qardaşlıq və vətənpərvərlik nümunəsi kimi qiymətləndirib.

Tarix
2020.08.02 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla