Yuxarı

Türkiyəli yazar Bakıda imza mərasimi keçirdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəli yazar Bakıda imza mərasimi keçirdi

Kitabevim.az mağazalar şəbəkəsində Türkiyənin məşhur yazıçısı Kahraman Tazeoğlunun imza mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbiri giriş sözü ilə Kitabevim.az-ın meneceri Xəyalə Nəsirli açıb. O, Kahraman Tazeoğlu haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra "Hədəf" Nəşrlərinin direktoru Şəmil Sadiq çıxış edib:

"İlk öncə Kahraman Tazeoğluna xoşgəldin deyirəm. Bizim dəvətimizi qəbul edib, gəldiyiniz üçün sizə təşəkkür edirik. Keçən il Elxan Yurdoğlu ilə söhbət edirdik. Onda Elxan bəy dedi ki, türkiyəli yazıçı Kahraman Tazeoğlunun kitablarını Nərgiz İsmayılova ilə birlikdə Azərbaycan dilinə uyğunlaşdırmışıq, istərdik ki, sizin nəşriyyatda çap edək. Onda mən Elxan bəylə razılaşdım. Daha sonra Emin müəllim bildirdi ki, Kahraman Tazeoğlunu Azərbaycana dəvət etmişik. Bu işdə gənc oxucu Tamerlan bəyin də xüsusi rolunu vurğulamaq istərdim. "Hədəf" Nəşrləri Azərbaycan Türkiyə arasında mədəni əlaqələrin inkişafı üçün həmişə səy göstərir. Mart ayında Kitabevim.az-ın bir yaşı tamam oldu. Bu bir il ərzində oxucularla yazıçıların görüşünü keçirməyə çalışdıq. Qarşıda sizi çox böyük sürprizlər gözləyir".

Sonra Kahraman Tazeoğlu çıxış edərək oxucuları salamlayıb:

"Məni oxucularımla görüşdürdüyünüzə görə sizlərə təşəkkür edirəm. Kitabı tərcümə edən dostlara da çəkdikləri əziyyətlərə görə minnətdarlığımı bildirirəm. İlk dəfə başqa dilə tərcümə olundum. Daha doğrusu uyğunlaşdırıldım. Bakıda olduğum üçün sevincliyəm. Azərbaycanda çox oxucum olduğunu bilirəm. Sizinlə birlikdə olmaq çox xoşdur".

Daha sonra Kahraman Tazeoğlu oxucuların suallarını cavablandırıb.

Hazırda Kahraman Tazeoğlunun Şeir Gecəsi keçirilir.

Tarix
2015.04.12 / 16:57
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla