Yuxarı

Stiven Spilberq və Disneydən - İlk

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stiven Spilberq və Disneydən - İlk

Dünya şöhrətli məşhur rejissor Stiven Spilberq karyerasında ilk dəfə Disney üçün film çəkəcək.

Axar.az Quardian-a istinadən xəbər verir ki, studiya usta rejissorun "The BFG" adlı filminin maliyyəsində və istehsalında iştirak edəcək.

Roald Dahlın eyniadlı kitabı əsasında çəkilən "The BFG" filminin çəkilişləri yay aylarında başlayacaq.

Spilberq bu barədə açıqlama verərək belə deyib: "40 illik kino karyeramda Disney filmlərində dəfələrlə prodüser olaraq işləmişəm, amma rejissor olaraq heç vaxt onlarla işləməmişdim. Bu baxımdan "The BFG" mənim üçün xüsusi layihə olacaq. İşlərə, böyük həyəcan və gizlədə bilməyəcəyim bir sevinclə başlayıram".

Bütün dünyada eyni vaxtda, 2016-cı il iyulun 1-də ekranlara çıxacaq filmin baş rollarında Rubi Bornhil və Mark Raylens kimi aktyorlar oynayır. Filmdə ayrıca Penelopa Uilton və Rebeka Hol da yer alacaq.

Qeyd edək ki, "The BFG" (Big Friendly Giant) daha əvvəl 1989-cu ildə cizgi filmi kimi çəkilib. Uşaq kitabı olan "The BFG" divlər ölkəsinə səyahət edən Sofi adlı gənc qızın macəralarından bəhs edir.

Tarix
2015.04.16 / 02:00
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla