Yuxarı

Anar Ələkbərov Şeyxə zəng etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Ələkbərov Şeyxə zəng etdi

Prezidentin köməkçisi Anar Ələkbərov dünən mənə zəng etdi. Səhhətimlə maraqlandı. Bildirdi ki, Heydər Əliyev Fondu müalicəm üçün hər şeyi edəcək.

Bu sözləri Kult.az-a açıqlqmasında xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov səhhəti ilə bağlı danışarkən deyib.

O bildirib ki, müalicəsinin xaricdə davam etdirilməsi üçün başqa ölkəyə göndərilməsi pandemiya dövründə sağlamlığının qorunması baxımından məqsədəuyğun deyil.

Şeyx Əbdül bildirib ki, Heydər Əliyev Fondunun tapşırığı ilə hazırda yüksək ixtisaslı həkimlər onun sağlamlığının keşiyində dururlar:

“Heydər Əliyev Fondunun nümayəndələri mənimlə mütəmadi maraqlanır. Dərmanlarla təmin olunuram. Anar müəllim dedi ki, siz müalicənizi hansı şəraitdə və necə istəyirsiniz, davam etdirə bilərsiniz. Hazırda müalicəm davam edir”.

Xalq artisti səhhətindəki xərçəng riskindən də danışıb:

“Dörd ay həkim və xəstəxana axtardım. Düzgün diaqnoz qoya bilmirdilər. Dünən müayinədən keçdim. Elə bildilər ki, xərçəng xəstəliyim var. Analizlərin cavabı çıxdı. Çox şükür, hər şey qaydasındadır. Mədəmdə və bronxlarımdadır əsas problem. Axar.az saytına isə xüsusi təşəkkür edirəm, sizin sayənizdə mənim xəstəliyim ictimailəşdi. Sizin mənim durumumu işıqlandırmağınızdan sonra ən yüksək səviyyədə mənə diqqət göstərilməyə başladı, redaksiyanıza təşəkkür edirəm”.

Tarix
2020.09.11 / 14:06
Müəllif
Tural Turan
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla