Yuxarı

Barmaqlarımız haqqımızda nə deyir? - Xiromant

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Barmaqlarımız haqqımızda nə deyir? - Xiromant

Hər şey çox sadədir. Sadəcə əlinizə baxın və barmaq uzunluqlarınızı müqayisə edin.

A) Şəhadət barmağı digər adsız barmaqdan qısadır

Belə adamlar cazibədar, xoşagələn və xarizmatik olur. Onlar başqalarına nisbətən daha qərarlı, risk etməyin əleyhinə və yaranan problemlərdən asanlıqla baş açan olurlar. Bununla yanaşı, sözügedən şəxslərin ən önəmli xüsusiyyətlərindən biri də qarşısındakının dərdinə şərik çıxma, ətrafındakılara təskinlik verə bilmə bacarığıdır. Bu tip insanlar, adətən, yaxşı mühəndis, alim olurlar və krossvordları həll etməkdə mahirdirlər.

B) Şəhadət barmağı adsız barmaqdan uzundur

Bu tip insanlar özlərinə arxayındırlar. Onlar həyatdan zövq almağı sevir və boş şeylər üstündə narahat edilməkdən xoşları gəlmir. Belə insanlar ilk addım atan tərəf olmurlar – biznes və ya münasibətlərdə fərq etmir. Onlar diqqəti və tərifi sevirlər.

C) Şəhadət barmağı ilə adsız barmaq eyni uzunluqdadır

Belə barmağa sahib olan insanlar sülhsevər, rəhmdil və konfliktləri sevməyən insanlardır. Onlar, adətən, üzüyola olur və hər kəslə yola gedirlər. Bu tip adamlar münasibətlərində sadiqdirlər, öz işlərinə olduqca bağlıdırlar. Onlarla ünsiyyətdə ehtiyatlı olun, çalışın onların tərəfində olasınız.

Tarix
2015.04.23 / 18:58
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla