Yuxarı

Bilirsinizmi Qarabağda nə baş verir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin köməkçisi Hikmət Hacıyevin və Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin olunmuş Anar Eyvazovun ötən gün mətbuat konfransında kəndlərimizin azad olunması xəbərini vermələrinə, xalqı ilk təbriklərinə və orda olan media nümayəndələrinin sevinclə əl çalmasına baxdım...

Görüntülərin imkan verdiyi səviyyədə zaldakı həmkarlarımı izlədim: xəbəri ilk, canlı olaraq alan və fərəhlənən jurnalistlərimiz əsasən 30 yaş civarındaydı.

Onlar əlbəttə, sevindilər, qürurlandırlar, amma...

Amma 90-cı illərin indi yaşlanmış gəncləri – bizim nəsil - orda olsaydı, tam əminəm, hamısı hönkürüb ağlayacaqdı – necə ki, onların bu xəbəri efirdən alarkən ağladıqlarına şübhə etmirəm.

Biz bu xəbəri tam 30 il gözləmişik, tam 30 il! Bu xəbəri almaq üçün biz 30 ildir yaşayırıq - əgər yaşamaq demək olarsa...

Yox, məsələ onda deyil ki, 7 kənd azad edilib, Murovdağ zirvəsi düşməndən təmizlənib və s. Qətiyyən!

Oysa 2016-cı ildə də qürurlu bir əməliyyat keçirilmişdi, 800 hektar ərazi düşməndən azad edilmişdi. Amma...

Torpağın bir qarışının da azad olunması olduqca əlamətdar hadisədir, şanlı tarixdir. Bu şanlı tarixi 2016-da, 2018-də yaşamışıq.

Ancaq onların heç birində Xalq təbrik edilməyib! Çünki o azadolunmalarda hədəf tamamilə fərqli idi!

27 sentyabrda – dünən Ordumuzun başladığı əməliyyatın hədəfi isə tamamilə fərqlidir.

Bu, torpaqlarımızın azad olunması uğrunda başlayan savaşdır!

Bu, Vətən müharibəsidir!

Nə 2016-da, nə 2018-də, nə də iyuldakı Tovuz hadisələrində Azərbaycanda hərbi vəziyyət elan edildi, qismən və yaxud tam səfərbərliyə ehtiyac görülmədi.

Ancaq indi hərbi vəziyyət elan edilib; indi qismən səfərbərlik elan edilib; indi böyük şəhərlərimizdə komendant saatı tətbiq edilib!

Çünki Azərbaycan torpaqlarının azad olunması üçün məhz indi – 27 sentyabrda savaşa qalxıb!

Bu, dövlətin iradəsidir; bu xalqın illərlə gözlədiyi andır!

Fərqi yoxdur nə qədər torpaq alacağıq!

Fərqi yoxdur neçə kənd və yaxud neçə rayon qaytarılacaq!

Fərqi yoxdur nə qədər itki verəcəyik!

Ümumiyyətlə, bunların heç biri önəmli deyil!

Önəmli odur ki, biz O Torpaqların Bizim olduğunu canımız-qanımızla təsdiqlədik! Əsas odur ki, biz o torpaqlar uğrunda ölməyə hazır olduğumuzu göstəririk!

Nə qədər ki, biz o torpaqlar uğrunda ölməyə hazır olduğumuzu bu cür göstərəcəyik, Qarabağ hər zaman Bizim olaraq qalacaq!..

...Axır ki! Axır ki, bizim nəsil “Sizi təbrik edirəm, kəndlərimiz azad edildi” sözünü eşitdi!

Bundan sonra biz rahat yaşaya bilərik, rahat ölə bilərik – çünki Qarabağın Azərbaycan olduğuna artıq heç bir şübhə yoxdur və bu, artıq şüar deyil; Bu, Həqiqətdir!

Erməni mediası yalan-palan tirajlayır – Azərbaycanın bu qədər canlı, texniki itkisi var deyə!

Eynimizədirmi? Biz torpaqlarımız uğrunda qan tökürük, biz ərazilərimizi geri alırıq, biz torpaqlarımızı azad edirik. Buna görə qanımız tökülürsə, şəhidliyə ucalırıqsa, xoş halımıza!

İtki sayı yalnız məğlubları düşündürər, qalibləri deyil!

Ordumuz qalib olsun, Vətənimiz bütövləşsin, təki Vətən sağ olsun!

Təki Şuşanı bir də görə bilək!

Təki növbəti qələbə xəbəri ilə bu xalq təbrik olunsun!

Qalan hər şey boş və mənasızdır!

Tarix
2020.09.29 / 02:56
Müəllif
Anar
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla