Yuxarı

Şəhid pilotumuzun xanımı yazdı: O an yetişdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid pilotumuzun xanımı yazdı: O an yetişdi

Bu gün hamı sevinc içərisindədir. 30 ildən artıqdır ki, gözlədiyimiz an yetişdi. Yağı düşmənin - erməni faşizminin torpaqlarımızda at oynatmasına qəlbimizi dəlib-deşən bir ağrı ilə dözürdük…

Sentyabrın 27-si hər şey dəyişdi. Ordumuz erməni qəsbkarlarının hücumuna əks-həmlə ilə cavab verdi. İnsanlarımız bir ağızdan Ordumuza uğurlar arzuladı. Evlərimizin pəncərə və eyvanlarını milli bayraqlarımız bəzədi. Cəmiyyətimiz coğub-qaynamağa başladı.

Bu gün səhər şahidi olduğum bir məqam məni daha da qürurlandırdı. Qız tələbələrimdən biri, “Könül xanım, müharibə şəraitindəyik, əgər dərslərimiz təxirə salınsa, cəbhə bölgəsinə getmək üçün müraciət edib, oradakı yaralı əsgərlərimizə tibb bacısı kimi yardım edib, Vətən qarşısındakı borcumdan az da olsa, çıxmış olaram” dedi.

Bu cür övladı olan millət heç zaman torpaq həsrəti çəkə bilməz.

Rəşadətli Ordumuzun hücumları qürurvericidir. Bu dəfə qələbə çalacağımıza, ərazi bütövlüyümüzün təmininə tam inanıram.

Cəmiyyətimizdəki milli həmrəylik, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyət və dəyanəti bu məsələnin gerçəkliyini əyani surətdə təsdiq edir.

Mən qürur hissi keçirirəm ki, həyat yoldaşım, şəhid-pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin vətənimizin bütövlüyü naminə olan arzuları onun döyüş yoldaşları tərəfindən böyük uğurla həyata keçirilir.

Könül Hüseynova,

Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Tarix
2020.09.28 / 18:49
Müəllif
Kult.az
Digər xəbərlər

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla