Yuxarı

Kəndim azad olundu, indi ruhum… – Vaqif Bayatlı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəndim azad olundu, indi ruhum… – Vaqif Bayatlı

Doğma kəndim Böyük Mərcanlının azad edildiyini eşidəndə təzədən doğuldum.

Bunu Kult.az-a açıqlamasında şair Vaqif Bayatlı Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində doğulduğu Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin işğaldan azad olunması ilə bağlı təəssüratlarını bölüşərkən deyib. Şair bildirib ki, Yer üzündə ona bundan gözəl hədiyyə ola bilməz:

“Bu xəbəri eşitmək ən gözəl nəfəs alıb-verməyim, ən gözəl bələkdə olmağım, ən gözəl iməkləməyim idi. Sanki dünyanın bütün qanadlarından ən yuxarıda uçurdum. Bu, tək Azərbaycanın yox, bütün türk dünyasının uçuşudur. Bu qələbə əsl türk ruhunun zəfəridir. Mən artıq Böyük Mərcanlıdayam. Fiziki olaraq yox, ruhən kəndimdəyəm. Əsas ruhumdur. Hazrda Yakutdan Amerikaya qədər, orada yaşayan türklərin qapısının ağzındayam”.

Vaqif Bayatlı bildirib ki, Böyük Mərcanlının alınması xəbərini ilk dəfə ona Allah verib:

“Mənə bu xəbəri ilk dəfə Allah verdi. Birdən-birə havadan hiss etdim ki, bizim kənd də alınıb. Əslində Cocuq Mərcanlı da bizim kəndin bir hissəsidir. Hansı bir millət öz kəndinə “cocuq” deyər? İlk dəfə ona “cocuq” kəlməsini biz demişik. Əzizləmişik Cocuq Mərcanlını, bu cocuq təkcə Azərbaycanın yox, bütün türk dünyasının cocuğudur”.

Tarix
2020.10.01 / 11:23
Müəllif
Tural Turan
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla