Yuxarı

“Toya bir gün qalmış əlamətdar hadisə oldu...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Toya bir gün qalmış əlamətdar hadisə oldu...”

"Yekunlaşmaqda olan aprel ayı ərzində Azərbaycan Dövlət Musiqili Teatrında bir-birindən maraqlı 20-ə yaxın tamaşa nümayiş olunub".

Bu sözləri Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Axar.az-a açıqlamasında deyib:

"Ər və arvad" (Ü. Hacıbəyli), "www.ferzeli-kef.com" (E. Sabitoğlu, C. Məmmədov), "Qısqanc ürəklər" (R. Mirişli, M. Haqverdiyev), "Yatmış gözəl və cırtdanlar" (Ş. Perpo, səhnələşdirəni A. Sadıqov), "Bankir adaxlı" (E. Sabitoğlu, T. Vəliyeva), "Qırmızı papaq" (E. Sabitoğlu, Y. Şvarts, tərc. C. Məmmədov), "Skapenin kələkləri" (J.B. Molyer), "O olmasın, bu olsun" (Ü. Hacıbəyli), "Qızıl toy" (O. Kazimi, R. Heydər) səhnə əsərlərini tamaşaçıların daha böyük maraq və diqqətinə səbəb olduqları üçün ümumilikdə teatrın ən sevilən tamaşaları sırasına daxil etmək olar. Bu əsərlərin nümayişi zamanı tamaşa salonunda boş yerlərin olmaması deyilənlərə əyani sübutdur. Eyni zamanda aprel ayı Musiqili Teatrda daha yeni bir tamaşanın – Əli Səmədlinin "Toya bir gün qalmış" komediyasının premyerası ilə də əlamətdar oldu. Respublikanın xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızının 60 illik yubileyinə həsr olunan səhnə əsəri bu ay 3 dəfə nümayiş olunmasına baxmayaraq, hər dəfə böyük anşlaqla keçdi. Musiqili Teatrı tək qoymayan sadiq tamaşaçılar bu sənət məbədində may ayında da bir-birindən maraqlı səhnə əsərlərini izləyə bilərlər".

Tarix
2015.04.28 / 19:27
Müəllif
Nigar An
Digər xəbərlər

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar...

Prezident və xanımı Şamaxıya getdi

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla