Yuxarı

Tolstoydan yaşamağın - 17 qızıl qaydası

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tolstoydan yaşamağın - 17 qızıl qaydası

Bir çox mənbələrdə Tolstoyun üç gündəliyinin olduğu və bunlardan birinin gizli saxlanıldığı yazılır. Ancaq ictimaiyyətə məlum olan gündəliklərin birində Tolstoy özü üçün düzgün yaşamağın qaydalarını müəyyən edib. Böyük yazıçı həmin gündəlikdə yuxu rejimindən tutmuş yeməyə qədər, bir çox şeyi sistemləşdirib.

Axar.az Tolstoyun müəyyən etdiyi 17 yaşam qaydasını təqdim edir:

1. Səhər saat 5-də oyan.

2. Təxminən, saat 21.00-da yat.

3. Mümkün qədər az ye. Şirniyyatdan uzaq dur.

4. Hər gün 1 saat gəzintiyə çıx.

5. Duyğularını gizlə.

6. Yalnız bir işə diqqətini cəmlə.

7. Lüzumsuz yerə böyük xəyallar qurma.

8. Sənə dəyər verən insanları sev.

9. Məntiqsiz, mənasız adət-ənənələrə əhəmiyyət vermə.

10. Məqsədlərini böl. Məsələn, bir həyati məqsədin olsun. Amma bunun bəs etməyəcəyini bil və həyatda nail olmaq istədiklərinlə bağlı ayrı-ayrı balaca hədəflərin olsun. Qulağında sırğa olsun: Böyük məqsədlərə gedən yol kiçik məqsədlərdən başlayır.

11. Çox işləyərək ehtirasını, arzunu öldür.

12. Yaxşılığı nümayişkaranə şəkildə etmə.

13. Gücünün yetdiyindən daha az xərclə.

14. İndikindən on dəfə varlı olsan da, həyat tərzini dəyişmə.

15. Ev işlərini bacardıqca özün et.

16. Başqalarının sənin haqda danışdıqlarına əhəmiyyət vermə.

17. Qadınlardan uzaq dur.

Tarix
2015.04.29 / 08:45
Müəllif
Nigar An
Digər xəbərlər

Heydər Əliyev və Alyona Əliyeva Zəfər Parkında - Foto

Ərdoğandan xəbərdarlıq: Qardaşlığı zəiflətmək istəyənlər...

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz

Əliyevdən Ərdoğana: Dəstəyiniz ruhumuzu artırdı

Zəfər günündə bizimlə bərabər olmağınız bizi sevindirir - Əliyev

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Canlı

Mehriban Əliyeva və Əminə Ərdoğan əl-ələ... - Video

İlham Əliyev Ərdoğanı Şuşaya özü apardı - Foto

Prezident Ərdoğanın səfəri ilə bağlı görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla