Yuxarı

Şəkili rejissor “Şeytanın tərəfində” – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkili rejissor “Şeytanın tərəfində” – Video

Yaxın günlərdə tamaşaçılar daha bir yerli film təqdim olunacaq. "Şeytanın tərəfində" adlı qorxu filmi Şəkidə yerləşən "REC FİLM" studiyasında çəkilir.

Filmin ssenaristi və rejissoru olan Rəvan REC Axar.az-a açıqlama verərək çəkdiyi filmin əslində qeyri-adi film olmadığını düşünmür:

"Studiyamız indiyə qədər istər çəkilən çarxlar olsun, istər reklam filmləri, istər qısa filmlər insanları heyrətləndirməyi bacarıb. Əslində son illər müasir kinoteatrların istifadəyə verilməsi böyük kino barədə ciddi-ciddi düşünməyimizə gətirib çıxardı. Fikirləşirdik ki, Azərbaycan tamaşaçısı komediyalarla yanaşı, həm də yerli qorxu filmlərinə acdır. "Şeytanın tərəfində"nin ilk kadrları artıq lentə alınıb. Çəkilişlərin Şəkidə aparıldığı filmin "teaser"ində rol alan aktyorlar da azərbaycanlılardır. Bu, inanılmaz görünən kadrlar Azərbaycanda əlçatan texniki vasitələrlə ərsəyə gətirilib. Baxmayaraq ki, film bildiyiniz "Azərbaycan filmləri"ndən deyil".

Filmin yaradıcıları deyirlər ki, əsas istəkləri azərbaycanlıları bu ölkədə heç də Qərb istehsalı filmlərdən geri qalmayacaq ekran əsəri yaratmağın mümkünlüyünə inandırmaqdır. Bir çox yerli məşhur aktyorların da cəlb edildiyi "Şeytanın tərəfində"nin süjet xəttinə gəlincə ssenarist filmdə hadisələrin real hadisələrə söykəndiyini bildirib.

Qeyd edək ki, "Şeytanın tərəfində" qorxu filminin gələn ilin əvvəlinə qədər bəyaz pərdəyə çıxacağı nəzərdə tutulub.

Tarix
2015.04.29 / 19:46
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla