Yuxarı

Rəssamların “xaltura” mübahisəsi dərinləşir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəssamların “xaltura” mübahisəsi dərinləşir

"Mənim düşüncəmdə "xaltura" anlayışı yoxdur".

Bu sözləri rəssam Yusif Mirzə Axar.az-a açıqlamasında deyib:

"Mən rəsm əsərlərimin satışı ilə məşğul olmuram. Bu, yaradıcılıqdan daha çox kommersiya-biznes sahəsidir. Bununla qalereyalar məşğul olur. Mədəniyyət Nazirliyinin təşkil elədiyi sərgilərdə iştirak etmişəm. Həmin sərgilərdə rəsmlərim Azərbaycan Dövlət Rəsmlər Qalereyası üçün alınıb. İndi sərgilər, layihələr çox azalıb. Bu da başa düşüləndir. Çox səbəb var. Bunları mən deməsəm də, bilirsiniz. Arzu edək ki, Avropa oyunları ölkəmizdə yüksək səviyyədə keçsin və bu ölkəmizin imicinin yüksəlməsinə xidmət etsin. Bunun hər kəsə faydası olacaq, o cümlədən, yaradıcı insanlara. Deməzdim ki, rəsm əsərlərinə ancaq xaricilər maraq göstərir. Ətrafımızda ədəbiyyata, sənətə, musiqiyə, rəssamlığa marağı olan zövqlü, səviyyəli, mədəni insanlar tanıyıram. Onlar sənəti sevir və qiymətləndirirlər. Bu "xaltura" sözünü Bədii Fondun vaxtında sifarişlərə deyirdilər. İndi nəyə dediklərini bilmirəm. Mənim düşüncəmdə "xaltura" anlayışı yoxdur".

Xatırladaq ki, bir neçə gün əvvəl rəsm əsərlərinin satılması ilə bağlı Axar.az-ın keçirdiyi sorğuda Fərhad Yalquzaq, "Əslində, rəssamlarımızın çoxu özünü təmin etmək üçün əsil yaradıcılıqdan uzaqlaşıb "xaltura" ilə məşğul olur", – demişdi.

Tarix
2015.04.30 / 08:00
Müəllif
Nigar An
Digər xəbərlər

İlham Əliyev Tokayevi təbrik etdi

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla