Yuxarı

Aqil Abbas: Çadır qurub, orada yaşayacam

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aqil Abbas: Çadır qurub, orada yaşayacam

Hər zaman 9 may tarixini çox sevirdim, çünki o zaman dünya müharibədən qurtarmışdı. Hazırda 10 noyabr tarixi 9 Maydan daha müqəddəsdir mənim üçün.

Bu sözləri Kult.az-a açıqlamasında millət vəkili Aqil Abbas Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

“Bu gün Ağdamımız tam olaraq işğaldan azad olunub, əsas odur ki, tam olaraq Qarabağımız işğaldan azad olunsun. Bu, böyük bir sevincdir. Müharibənin qurtarma anı hamının ən çox gözlədiyi, hamı üçün sevincli andır. Heç bir millətdə bundan böyük sevinc ola bilməz. Hər zaman 9 May tarixini çox sevirdim, çünki o zaman bu tarixi qələbə sanırdım, dünya müharibədən qaytarmışdı. Hazırda 10 Noyabr 9 Maydan daha müqəddəsdir mənim üçün. Azərbaycan qələbə ilə Vətən müharibəsini başa çatdırdı”, - A.Abbas bildirib.

Deputat doğma yurduna gedər-getməz nələri edəcəyindən də söz açıb:

“Ağdama gedən kimi Pənahəli xanımın qəbrini ziyarət edəcəyəm. Sonra anamın, qardaşımın qəbri üstünə gedəcəyəm. Təbii ki, hər şey dağılıb, həyətimizdə çadır qurub orada qalacağam. Bu mənim üçün yetərlidir. Daha sonra atamın evini yenidən tikmək istəyirəm”.

Tarix
2020.11.20 / 16:00
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla