Yuxarı

Babək Niftəliyev artıq Kəlbəcərdədir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Babək Niftəliyev artıq Kəlbəcərdədir

Bu gün Kəlbəcər rayonu 27 illik işğaldan sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Kult.az mövzu ilə bağlı kəlbəcərli məşhurların fikirlərini təqdim edir:

Muğam ifaçısı Babək Niftəliyev:

Bu dəqiqə Murov dağından aşağı endim, dünəndən buradayam. Hərbi maşınlarımız doğma Kəlbəcərimə doğru irəliləyir. Sevincimin həddi-hüdudu yoxdur. Buna görə azərbaycanlı, qarabağlı olaraq Ali Baş Komandanımıza, Müzəffər Ordumuza təşəkkür edirəm. Şəhid qardaşlarımızı heç vaxt unutmayacam, unutdurmağa qoymayacam. Onların qanı bahasına Qələbə görürük.

Doğma ata-baba yurduma qayıdan kimi nə edəcəyimi bilmirəm, təki o torpaqlara addım atmaq qismət olsun.

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı:

Bu gün hisslərimi sözlərlə təsvir edə bilmirəm. Çox xoşbəxtəm! Sanki yenidən doğulduğumu anlayıram, amma uşaq deyiləm, gözümün qabağında yenidən doğuldum. Kəlbəcərdən köçəndə əsgər idim. Məncə, insanın ən çox yadında qalan müharibə dostlarıdır, buna görə də mənim ilk gedəcəyim yer oradakı əsgər postları olacaq. Oranı ziyarət edib, o günlərimi yada salmaq istərdim.

Tarix
2020.11.25 / 15:49
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycanla bu ölkə arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla