Yuxarı

Tağıyevin heykəli martda qoyulmalı idi, ancaq... - Açıqlama

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tağıyevin heykəli martda qoyulmalı idi, ancaq... - Açıqlama

Xeyriyyəçi, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin mart ayında ucaldılması planlaşdırılsa da, müəyyən səbəblərə görə təxirə salındı.

Bunu Kult.az-a açıqlamasında H.Z.Tağıyevin heykəlinin müəllifi, xalq rəssamı Xanlar Əhmədov deyib. O bildirib ki, Hacı Zeynalabdin Tağıyevin heykəli artıq 1 ildir hazırdır:

“Mart ayında onun "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacağı planlaşdırılsa da, bu, koronavirus səbəbindən, sonra isə müharibə ilə əlaqədar təxirə salındı.

Heykəl tam hazırdır. Hələlik aidiyyəti qurumlar tərəfindən dəqiq tarix deyilməyib. Nə vaxt onlar bununla bağlı tapşırıq versə, bir həftə ərzində işlər tamamlanacaq. Mənim üzərimə düşən iş isə çoxdan hazırdır”.

Qeyd edək ki, ötən il martın 11-də Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Tarix
2020.11.25 / 17:25
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla