Yuxarı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin Qarabağdan apardığı qapı...

Pislik adamın özünə qalır...

Ermənilər Azərbaycana təhvil verilən kəndlərdən çıxarkən evlərini yandırdılar.

Üstəlik, ağacları kəsdilər, taxıl sahələrini məhv etdilər.

Bizə qismət olmasın deyə, mal-qaranı, qoyun-quzunu da kəsib leş etdilər.

İçməli suları, ərzaqlarını zəhərlədilər.

Apara bilmədikləri dəyərli əşyalarını qırıb dağıtdılar.

Su borularını deşdilər, kanalizasiya sistemini zədələdilər, ətrafı üfunət bürüdü.

Müxtəlif yerlərə partlayıcılar yerləşdirdilər.

İllərlə hazırladıqları qurğuları məhv etdilər.

Bunları edərkən məqsədləri bu idi: Azərbaycanlılara heç nə qalmasın.

...Və bu gün məlum oldu ki, Azərbaycana təhvil verilən kəndlərdən ikisində ermənilərin yaşamasına izn verilib. Yəni ermənilər indi yandırdığı evə dönməli, kəsib leşə çevirdikləri mal-qaralarına baxıb it kimi peşman olmalı, içməli su axtarmalı, yenidən ağac əkməli, əşyalar almalı, üfunət içində yaşamalı – bir sözlə, öz murdar əməllərinin cəzasını çəkməlidirlər.

İlahi ədalətdir. Pislikləri özlərinə qaldı. Hələ də anlamırlar ki, bu murdarlıqları onlara heç nə qazandırmayacaq.

Faşist erməninin taleyi budur - öz əli ilə yandırdığı evə qayıtmaq və qayıdanda evinin hələ də alovlar içində olduğunu görmək.

Azərbaycanlılar isə o evləri tərk edərkən heç nə götürməmişdilər – açardan başqa. Çünki biz o torpaqlara qayıdacağımızı bilirdik.

Ermənilərdə o mədəniyyət, həssasiyyət yoxdur.

Biz Qarabağı tərk edəndə evin açarını götürmüşdük, ermənilər isə qapını çıxarıb aparırlar.

Məncə, artıq hər şey aydındır.

Tarix
2020.11.26 / 11:27
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla