Yuxarı

Şəhid zabitimizin son arzusu: Oğlum olsa...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Emin Pünhan oğlu Mahmudov: 1994-cü ilin altıncı ayının birinci günündə Tovuzun Abulbəyli kəndində doğulub.

1941-1945-ci illər müharibəsinin əfsanəvi qəhrəmanlarından Yusif Sadıqovun adını daşıyan Bozalqanlı kənd orta məktəbində oxuyub. Qəhrəmanın adının işığı onun da ömür yoluna işıq salıb, o da hərbçi olub, müharibə görüb, qəhrəmanlıq edib… Doğrudan da, “bu dünyada təsadüf yoxdur, təvafüqlük vardır”…

Emin 2011-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub; 2015-ci ildə hərbi akademiyanı bitirib və Qusar rayonunda yerləşən N saylı hərbi hissədə leytenant rütbəsi ilə xidmətə başlayıb. Sonra respublikanın fərqli bölgələrində hərbi xidmətini davam etdirib.

Quru Qoşunlarında xidmət edən Emin aktiv şəkildə idmanla məşğul olub, ümumən həmişə öz fiziki, mənəvi-psixoloji hazırlığı ilə seçilib.

Xidmət zamanı bir çox “Fəxri fərman”lara və medallara layiq görülən Emin öz davranışı ilə həmişə seçilib, əsgərlərinin sevimlisi olub.

2020-i il sentyabrın 27-də Azərbaycan Böyük Vətən müharibəsi başlayınca Emin Mahmudov da ilk günlərdən döyüşlərə atılıb. Suqovuşan qəsəbəsinin azad edilməsində fədakarlıqla iştirak edib. Eləcə də Cəbrayılın, Füzulinin bir sıra kəndlərinin azad edilməsində iştirak edən Emin Hadrut qəsəbəsinin düşməndən təmizlənməsində xüsusi xidmətlər göstərib. Hərbçi yoldaşlarının verdiyi bilgiyə görə, Vətən sevdalı peşəkar zabitimiz özü yaralansa da, yenə də döyüş bölgəsində son nəfəsinədək qəhrəmancasına vuruşub. O, Hadrutda 80 əsgərimizin düşmənin silahlı qüvvələrinin mühasirəsindən çıxarılmasında xüsusi xidmətlər göstərib. Bu, həm hərbi tapşırıq idi, həm də öz könlünün tapşırığı. O, belə tərbiyə almışdı – həm evdə, həm hərbi məktəbdə…

Emin Pünhan oğlu Mahmudov Hadrutdakı mühasirəni yarıb, əsgərlərimizi xilas edərkən özü qəhrəmancasına şəhid olub. Əsl zabit şərəfi, zabit ləyaqəti ilə davranıb – MÜHARİBƏDƏ QIZIL LƏYAQƏT GÖSTƏRİB!

Atası deyir, axırıncı dəfə 11 oktyabrda – şəhid olduğu gün, səhər-səhər danışdıq, “dedi, məndən narahat olmayın, hər şey yaxşı olacaq”. Amma ürəyinə damıbmış elə bil – həyat yoldaşı ilə danışanda deyib, hər şey ola bilər, sən zabit yoldaşısan, nə olsa da, ağlama…”

Emin 11 oktyabrda, axşamüstü şəhid olub.

Şəhidimizin 4 yaşlı və yaşyarımlıq iki övladı yadigar qalıb, üçüncü övladı gələn il dünyaya gələcək. Yoldaşına deyib, qızım olsa, Zeynəb, oğlum olsa, İlham qoyarsız adını…

Şəhidin son ərki, əlbəttə, yerinə yetiriləcək. Əlbəttə, övladları atalarına görə qürurla yaşayacaq, qürurla anacaqlar adını.

Əlbəttə, yalnız ailəsi, doğmaları deyil, bütün xalqımız, dövlətimiz qürur duyur Emin kimi qəhrəman oğullarla!

Eminin öz adının anlamı – sakit, yetkili, şanslı, dost, diqqətlidir. Doğrusu, bu adın anlamına nə isə əlavə və izah etməyə ehtiyac duymuram. Ad öz sahibini tapıbmış… Sahibi öz adını doğruldub…

Atasından öyrəndik ki, şəhidimizin sazı varmış, özü də saz çalarmış, saz havalarını dinləməyi də çox sevərmiş. Ən çox sevdiyi hava “Dilqəmi” olub…

“Dilqəmi” deyincə, sular durulur, yarpaqlar suyun səthinə səssizcə düşür, duman dağın başına dolanmasını uzadır, güllə bülbülün həsrəti dərinləşir… Bütün aşıq havalarımız mükəmməldir, hər birinin öz yeri, öz məqamı var; lakin “Dilqəmi”nin yeri bir başqadır… Şəhid Emin də bu havanın başqalığına, özəlliyinə öz sevgisi, tutqusu və aqibəti ilə bir çalar daha qatmışdır…

Övladları o sazı qara köynəkdən çıxarar, inşallah. İnşallah o sazda “Dilqəmi” də çalınar, “Misri”də…

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri

Tarix
2020.11.29 / 19:49
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla