Yuxarı

Ermənilərin dəhşətli rəzilliyi: Peskovun cavabı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin dəhşətli rəzilliyi: Peskovun cavabı - Video

14:56

Azərbaycanın Vətən müharibəsində darmadağın edilən Ermənistanın danışıqlarda və siyasi proseslərdə mövqe qazanmaq üçün nələrə əl atdığını görəndə dəhşətə gəlməmək olmur.

Ermənilərin növbəti belə həyasızlığı və Rusiyada istifadə cəhdi dillə bağlıdır. Belə ki, erməniyanlı media Kreml sözçüsü Peskova ənənəvi mətbuat konfransında “Dqr”in “ikinci dövlət dili” rus dili olarsa, buna münasibətiniz necə olacaq” sualı ilə müraciət edib.

Qeyd edək ki, de-fakto və de-yure mövcud olmayan keçmiş və qondarma “dqr”in terrorçu-separatçı rəhbəri Arutyunyan “parlamentdə” rus dilinə “dqr”də ikinci dövlət dili statusu verilməsinin müzakirə ediləcəyini bildirib.

Dünənə qədər KTMT-dən və Aİİ-dən çıxmaqla Rusiyanı hədələyən, KTMT baş katibinə cinayət işi açıb həsb edən, “Qazprom” da daxil olmaqla, Rusiyanın Ermənistanda fəaliyyət göstərən nəhəng şirkətlərinə qarşı araşdırma başladan, rus kanallarının Ermənistanda yerli tezliklərdə yayılmasını qadağan edən Ermənistan hakimiyyəti Rusiyaya sevgisini bildirir, dünənə qədər Putini ən ağır söyüşlərlə təhqir etməyi peşəsinə çevirən erməni mediası isə ruscanın mühümlüyü və “dqr”dəki istifadəsinin perspektivlərinə münasibət öyrənir.

Əlbəttə, Peskov bu təşəbbüsü alqışlayıb, heç kəsi buna məcbur etmədiklərini bildirərək, ruscanın Azərbaycanda və Ermənistanda işlək olduğunu fəxarətlə deyib, “Qarabağda da” sözlərini isə erməni mediası xüsusilə fərqləndirərək, bunu manşet ediblər.

Əsas məqsəd rusca deyil, əsas hədəf “dqr”in “dövlət dili”ni Peskovun alqışlaması”nı hansısa formada təqdim etməkdir.

Bu primitiv, xəstə yaltaqlığın ilk baxışda “işə keçməyəcəyi”, Rusiyanın hər kəsin simasını, niyyətini yaxşı bildiyi haqda böyük məmnuniyyətlə yazmaq istərdik. Təəssüf ki, yaza bilməyəcəyik: çünki Rusiya həqiqəti bilsə də, elə məhz buna nail olmaq istəyirdi – ermənilərin diz üstə çöküb, yalvarmalarını, yaltaqlanmalarını, öz olmayan ləyaqətlərini ayaqlar altına atmaqlarını.

Tarix
2020.12.02 / 17:00
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla