Yuxarı

Kalmıkiyalıdan “Xortdanın cəhənnəm məktubları”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kalmıkiyalıdan “Xortdanın cəhənnəm məktubları”

Kalmıkiya respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli Azərbaycan yazıçı-dramaturqu Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" povesti əsasında eyniadlı tamaşaya quruluş vermək üçün artıq Bakıdadır.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən yeni səhnə əsərinin hazırlıq prosesinə bu gün start verilib.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır. Azərbaycan teatr məkanında ilk dəfə müraciət olunan səhnə əsərində rolları əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa edəcəklər.

Xatırladaq ki, qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov Kalmıkiya Respublikasına ezam olunaraq yazıçı-dramaturq Əli Əmirlinin "Sevən qadın" əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.

Tamaşanın cari ilin iyun ayının 9-10-da nümayiş etdirilməsi nəzərdə tutulur.

Tarix
2015.05.14 / 02:10
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla