Yuxarı

Akademik Kamal Abdulla mükafat aldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akademik Kamal Abdulla mükafat aldı

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla Almaniyada fəaliyyət göstərən Türklərin Dünyası İnstitutu (Institut für die Welt der Türken) tərəfindən “Türk dili və mədəniyyətinə xidmət” mükafatına layiq görülüb.

Kult.az xəbər verir ki, bununla bağlı institutun direktoru professor Necati Demir 17 dekabr 2020-ci ildə onlayn keçirilən IV beynəlaxlq “Türklərin dünyası sosial elmlər” simpoziumunun açılış iclasında məlumat verib.

O bildirib ki, “Türk dili və mədəniyyətinə xidmət” mükafatı türk dünyasında türk dilinə, mədəniyyətinə, ədəbiyyatına xidmət göstərən elm adamlarına, ictimaiyyət nümayəndələrinə göstərdikləri xidmətlərə görə verilir:

“İnstitutun İdarə Heyəti bu il mükafatı türk dünyasında türkoloji tədqiqatlarda, xüsusilə türk mifologiyasında, Dədə Qorqud araşdırmalarında müstəsnə xidmətləri olan qorqudşünas alim, yazıçı Kamal Abdullaya verməyi qərara alıb. Kamal Abdulla türk dünyasının görkəmli yazıçısı və elm adamıdır”.

Qeyd edək ki, Türklərin Dünyası İnstitutu 2015-ci ildə Almaniyanın Münhen şəhərində qurulub, orada faəliyyət göstərir.

Tarix
2020.12.18 / 21:22
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla