Yuxarı

Mədəniyyətimiz və milli mətbəximiz beynəlxalq festivalda

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mədəniyyətimiz və milli mətbəximiz beynəlxalq festivalda

Meksikanın paytaxtı Mexiko şəhərində “XI Dost ölkələrin mədəniyyət festivalı” ("Feria İnternacional de las Culturas Amigas") keçirilir.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Kult.az-a verilən məlumata görə, 2009-cu ildən başlayaraq ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko şəhəri Hökumətinin təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi Meksika əhalisinin müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə tanış edilməsidir. Qeyd edək ki, ölkəmizin də təmsil olunduğu festivalda hər il 5 milyonadək ziyarətçi iştirak edib.

Hər il may ayında keçirilən tədbir bu il COVID-19 pandemiyası ilə əlaqədar dekabr ayında virtual formatda keçirilir. Bu məqsədlə, Mexiko şəhəri Hökuməti tərəfindən xüsusi olaraq yaradılmış www.ficavirtual2020.cdmx.gob.mx internet səhifəsində 60-a yaxın ölkə, o cümlədən Azərbaycan da təmsil olunur (festivalda Azərbaycana aid səhifə -http://www.ficavirtual2020.cdmx.gob.mx/AZERBAIYAN.html). Qeyd olunan internet səhifəsi dekabr ayından başlayaraq 5 ay müddətində fəaliyyət göstərəcək və mütəmadi olaraq yenilənəcək.

Virtual formatda keçirilən festivalda Azərbaycanın mədəni-tarixi abidələri, təbiət mənzərələri, milli geyimlər, kəlağayı, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri, o cümlədən dolma, paxlava, qutab kimi milli mətbəx nümunələri və onların hazırlanma qaydaları, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti və turizm potensialı barədə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfir Məmməd Talıbovun müsahibəsi təqdim edilir. Həmçinin sayt istifadəçilərinə ölkəmizin turistik guşələrinə dair müxtəlif videoçarxlar nümayiş olunur.

Qeyd edək ki, virtual festivalın internet səhifəsini dünyanın müxtəlif ölkələrindən milyonlarla istifadəçinin ziyarət etməsi gözlənilir.

Tarix
2020.12.21 / 09:37
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla