Yuxarı

Moskva teatrının Qarabağda döyüşən tenoru: Xəyalım idi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əsgərlərindən heç biri ölüm haqqında düşünmürdü. Nə baş versə də, onlar üçün mühüm olan qələbə qazanmaq və torpaqları işğaldan azad etmək idi.

Kult.az xəbər verir ki, bunu Moskva Böyük Teatrının tenoru Atəş Qarayev deyib.

Uzun müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında daha sonra isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qonaq solist kimi çalışan vokalçı Moskvaya qayıtmaq əvəzinə cəbhəyə getməyi seçib.

O, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlayan gün (27 sentyabr) komissarlığa gedərək, könüllü yazılıb.

Vokalçının sözlərinə görə, əvvəlcə buna ehtiyac olmadığı deyilib, lakin o, israr etdikdən sonra sentyabrın 30-u cəbhəyə göndərilib:

“Təlim kursunu başa vurduqdan sonra Füzuliyə göndərildik. Hər birimiz Azərbaycan torpaqlarını azad etmək arzusunda olduğumuz üçün döyüşmək, durmadan irəliləmək istəyirdik. Hər kəs hər şeyə hazır idi.

Füzulidən Şuşa dağlarına piyada yollandıq. Şuşanı azad etmək üçün cəmi dörd kilometri qət etməliydik. On gün şəhərin kənarında keçirdik. Sonra xüsusi təyinatlı qüvvələrimiz misilsiz bir əməliyyat keçirdi və şəhəri işğaldan azad edərək Şuşanı geri aldıqlarını bildirdilər. Bu, bizim üçün ən xoş xəbər idi. Ermənistanın təslim olduğu xəbər verildikdə sevincimiz ikiqat artdı və bu, rəsmi olaraq Vətən müharibəsində Azərbaycanın qələbəsi demək idi”.

A.Qarayev deyib ki, Qarabağda döyüşməklə yanaşı, müxtəlif mahnılar oxuyaraq, əsgər yoldaşlarının əhvalını yüksəldib.

“Valideynlərim mənə görə çox narahat idilər. Həmişə onlara deyirdim ki, gec-tez Qarabağda müharibə yenidən başlayacaq, sonra mütləq cəbhəyə yollanacağam. Bu barədə xəyal qururdum. Valideynlərim mənim vətəndaş mövqeyimi və münasibətimi bilirdilər, buna görə də hazır idilər. Evdə onlarla vidalaşmadım, dedim, “ölmək üçün deyil, Qarabağ uğrunda döyüşmək üçün gedirəm”, - o bildirib.

Tarix
2020.12.21 / 15:52
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Azərbaycan XİN Bosniya və Herseqovinanı təbrik etdi

Prezident Surinamın dövlət başçısını təbrik etdi

Prezident Bosniya və Herseqovinanın rəhbərini təbrik etdi

Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?

Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu

Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır

Kopırkindən sülh açıqlaması: Moskva nə istəyir?

Azərbaycana “petrostate” deyənlər oxusun: 2026-dən...

İsrail ordusu üzr istədi: Səhvən vurub öldürmüşük!

ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla