Yuxarı

Biz necə qalib gəldik... – Zabit-jurnalist ön cəbhədən yazdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz necə qalib gəldik... – Zabit-jurnalist ön cəbhədən yazdı

Sabah Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin doğum günüdür. Bu münasibətlə Vətən Savaşındakı möhtəşəm zəfərimiz barədə bir neçə kəlmə qısaca demək istəyirəm.

Biz bu müqəddəs savaşda ona görə qalib gəldik ki:

1) Azərbaycanın müstəqillik illərində xalqımız öz passionar enerjisini bərpa etmiş, bu enerji döyüş meydanında Silahlı Qüvvələrimizin şəxsi heyətinin rəşadətinə çevrilmişdi. Ordu elə yerdir ki, orada ən müxtəlif kateqoriyadan insanlar olur. Bu vətən savaşında mən çox üzlər və tiplər gördüm, amma "Qarabağ Azərbaycandır!" deməyən kimsəyə rast gəlmədim.

2) Azərbaycan Ordusu mükəmməl və müasir silahlara malik idi. Şəffaf yolla aldığımız bu silahlar, xüsusən də "Bayraqdar" düşmənə dərinliklərdə zərbə endirməyə imkan verdi. İşğalçı ordunun arxadan təminatının məhv edilməsi ön cəbhədə istehkamlarının yarılmasını sürətləndirdi.

3) Zamanlama mükəmməl idi. Dünyanın başı pandemiyaya, ABŞ-ın başı seçkilərə qarışmışdı. Türkiyə birmənalı olaraq yanımızda, Rusiya isə ən azı döyüş meydanında qarşımızda deyildi. Ermənistan təkləndi və təslim oımaqdan başqa bir yolu qalmadı.

4) Azərbaycan düşmənə qarşı hibrid müharibə apardı, ən müxtəlif təyinatlı silahlı birləşmələrimiz kombinə olunmuş şəkildə, tapşırıqları düzgün inteqrasiya olunaraq işğalçı ordunun üstünə yeridi. Bu əsl milli mücadilə idi. Sadəcə ön cəbhədə deyil, arxa cəbhədə də gerçək qəhrəmanlar üzə çıxdı.

5) Bütün bu şəraiti yaradan, dəngələri quran, koordinasiya edən və yönəldən öz yüksək liderlik və sərkərdəlik qabiliyyəti, diplomatik məharəti ilə İlham Heydər oğlu Əliyevdir.

Baş qazimizə, zəfər yürüşümüzün bayraqdarına eşq olsun!

Taleh Şahsuvarlı,

Hazırda ön cəbhədə olan zabit, “Aznyus.az” portalının baş redaktoru

Tarix
2020.12.23 / 21:34
Müəllif
Kult.az
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla