Yuxarı

Bakıda öldürülən ziyalımızın 20 Yanvar şeiri üzə çıxdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda öldürülən ziyalımızın 20 Yanvar şeiri üzə çıxdı

Mərhum poliqrafçı, görkəmli ziyalı Əjdər Xanbabayevin 1990-cı il yanvarın 22-də Qanlı Yanvar hadisələri şəhidlərinin dəfnindən qayıtdıqdan sonra yazdığı şeirin əlyazısının surəti üzə çıxıb.

Kult.az xəbər verir ki, nüfuzlu ziyalılarımızdan olan “Azərnəşr”in direktoru Əjdər Xanbabayev yanvar qətliamından bir neçə ay sonra - 1990-cu il may ayının 30-da Bakının mərkəzindəcə, naməlum şəraitdə qətlə yetirildi.

Ə.Xanbabayevin yaxınlarının redaksiyamıza göndərdiyi şeiri təqdim edirik:

Az sinə gərmədik müsibətlərə

Vətən çox itirdi dayaqlarını.

Göylər də sallayıb səmadan yerə

Ay-ulduz çəkilmiş bayraqlarını.

Sənə təbiət də yas tutur bu gün

Tufanla, boranla, qarla, yağışla.

Qismətin olmadı sənin toy-düyün

Vətən vida deyir sənə, bağışla.

Bağışla ey şəhid, barmağındakı

Nişan üzüyündə qan ləkəsinə

Bağışla nurani şeyxüsilamın

Müqəddəs surəli çərəkəsinə.

Tarix
2021.01.20 / 14:17
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla