Yuxarı

Ermənilər bu qalamızı niyə qoruyub? - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər bu qalamızı niyə qoruyub? - Video

XVIII əsrdə inşa edilən qala ermənilər tərəfindən muzey kimi istifadə edilib, saxtalaşdırılan tarixin bir parçasına çevrilib.

Kult.az Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycanın tarixi qalasında özlərinin, qondarma Dağlıq Qarabağ Respublikasının "tarixini" nümayiş etdiriblər. Müharibə davam edən ərəfədə də ermənilər burada olublar. Görünür, son ana qədər də Azərbaycan əsgərinin bu torpaqlara ayaq basmayacağını xəyal ediblər.

Lakin bir güllə belə atmadan Ağdam təhvil verilən zaman ermənilər əllərinə keçəni götürərək qaçmağa başlayıblar.

Bu, onlar üçün o qədər gözlənilməz olub ki, qalaya yığdıqları vitrinlərin və digər lazımlı əşyaların hamısını apara bilməyiblər. Halbuki çıxdıqları kəndlərdən dam örtüklərini, işıq xətlərini unitazları belə aparırdılar.

Şahbulağın əzəməti, ətrafındakı yaşıl yamacları, hündür ağacları və ən əsası da, bolsulu bulağı ermənilərin tamahını artırıb. Qala və bulağın ətrafını müvəqqəti də olsa özlərinin gəlir mənbəyinə çevirmişdilər.

Müharibə ərəfəsində buradan erməni döyüşçüləri sığınacaq kimi istifadə edib. Həm qalada, həm də bulağın ətrafında erməni əsgərlərindən qalan əşyalar da gözümüzə dəyir.

Artıq tarixi Şahbulaq öz sahiblərinə qayıdıb. Burada qalan erməni izləri də yaxın zamanda tarixdən silinəcək. Hər yer abadlaşacaq, gözəlləşəcək. Ağdam 27 il əvvəlkindən daha gözəl şəhərə, yaşayış yerinə çevriləcək.

Tarix
2021.01.23 / 23:18
Müəllif
Kult.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla