Yuxarı

Belələrini çomaqla idarə etmək lazımdır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belələrini çomaqla idarə etmək lazımdır

Dünya 1 ildən çoxdur ki, koronavirus pandemiyası ilə əlləşir. Bu müddət ərzində 2 milyondan çox insan virusun qurbanı olub. Azərbaycanda isə bu rəqəm 3 mini ötüb. Təsəvvür edirsiniz? 3 min vətəndaşımız koronadan ölüb, amma insanlar hələ də virusu lağ obyektinə çevirirlər.

Kiçik bir müqayisə aparaq:

1. Vətən müharibəsində 2800-dən artıq şəhid verdik. Hələ də ürəyimiz yanır.

2. Korona ilə müharibədə 3 mindən çox insanımızı itirdik. Amma bir çox insanlarımız hələ də vəziyyəti ciddiyə almır.

Düzdür, şəhidlik müqəddəs bir aktdır, tamam fərqli bir mərtəbədir. Amma nəticə eyni deyilmi? Hər iki halda bizim insanlar həyatını itirmirmi? Müharibədə həyatını itirənlər də bizi vətəndaşlarımız, dostlarımız, doğmalarımızdır, virusdan ölənlər də.

Niyə bizə 2800 şəhid verəndə ölümə ciddi yanaşırıq, amma 3 mindən çox insanımızı koronadan itirəndə buna təbii proses kimi baxırıq?

Əgər biz vaxtında koronadan ölümləri sıradan statistika kimi deyil, faciə kimi qarşılasaydıq, bu gün o rəqəm 3 min olmazdı. Qəribədir, dünyada 2 milyon insan həyatını itirib, ətrafımızda tanışlarımız bir anın içində qəfildən boğulub ölür, amma bəziləri hələ də ağılsızcasına deyir ki, virusa inanmıram. Bu qədər cahillik olarmı?

Başa düşmürəm, virusa ciddi yanaşmaq üçün onu ermənilərmi kəşf etməlidir? Niyə biz mövzu yalnız ermənilər olanda birləşirik? Olmazmı təhsildə, səhiyyədə və digər sahələrdə də birlik nümayiş etdirək. Axı indi xalq olaraq bizim buna daha çox ehtiyacımız var.

Çox şükür ki, son vaxtlar virusa yoluxma kəskin azalıb, üstəlik peyvəndləmə də başlayıb. Amma bəzi insanlar – xüsusən virusa inanmayanlar peyvənd olunmaq istəmirlər. Təbii, heç kimə zorla iynə vurmaq olmaz. Amma düşünürəm ki, peyvənd vurdurmayıb karantin qaydalarını pozanlara yazılan cərimələr ikiqat hesablanmalıdır. Həmin şəxslər bu qədər itkidən, maarifləndirmə işlərindən sonra onlar hələ də virusa inanmayıb karantin qaydalarını pozurlarsa, demək, belələrini “çomaq”la idarə etmək lazımdır.

Tarix
2021.01.26 / 11:54
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla