Yuxarı

Deqati: Natavanın sümükləri qəbirdən çıxarılmışdı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deqati: Natavanın sümükləri qəbirdən çıxarılmışdı - Foto

Dünyaca məşhur fotoqraf Reza Deqati Ağdam şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natavanın məqbərəsinə qarşı həyata keçirilən vandalizmlə bağlı paylaşım edib.

Kult.az xəbər verir ki, fotoqraf bu barədə öz İnstaqram səhifəsində məlumat yayıb.

O qeyd edib ki, məşhur şairə 15 avqust 1832-ci ildə Şuşa şəhərində anadan olub.

R.Deqati izləyicilərinin diqqətinə çatdırıb ki, X.Natəvan Qarabağın son xanının varisi idi və ailənin sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən şəhərə su təminatını həyata keçirən və mühəndislik incisi hesab olunan su kəmərinin çəkilməsinə sərf edib.

Məşhur fotoqraf ilk dəfə 1992-ci ildə erməni hərbi birləşmələrinin hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini qeyd edib.

“Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını, hətta onun sümüklərinin qəbrindən çıxarılıb aparıldığını gördüm”, - Reza Deqati qeyd edib.

Dünyaca məşhur fotoqraf qarşılaşdığı hazırkı vəziyyətdən dərin sarsıntı keçirdiyini də gizlətməyib.

Tarix
2021.01.26 / 20:19
Müəllif
Kult.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla